+ -

عن أبي هريرة رضي الله عنه أن رسول الله صلى الله عليه وسلم قال:
«لَيْسَ الشَّدِيدُ بِالصُّرَعَةِ، إِنَّمَا الشَّدِيدُ الَّذِي يَمْلِكُ نَفْسَهُ عِنْدَ الْغَضَبِ».

[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 6114]
المزيــد ...

Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir:
"Güclü, güləşdə qalib gələn deyil, həqiqi güclü, qəzəb zamanı nəfsini cilovlayan insandır."

[Səhih] - [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)] - [Sahihul-Buxari - 6114]

Şərh (izah)

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, həqiqi qüvvət bədən gücü deyil və ya güclülərlə əlbəyaxa olub onlara qalib gəlmək deyil, həqiqi güclü, qəzəblənən zaman öz nəfsiylə mubarizə aparıb, özünü ələ alandır. Bu isə onun çox təmkinli olmasına və şeytana qalib gəlməsinə dəlalət edir.

Tərcümə: İngiliscə Urduca İspanca İndoneziya Uyğur Banqalca Fransızca Türkcə Rusca Bosniya Sinhalese Hind dili Çincə Farsca vyetnam dili Taqaloqca Kürd Hausa portuqalca Malaylamca Teluguca Svahili dili Tamilcə Birma Taylandca Almanca Yaponca Puştu Assam Alban İsveç Amhar Holland dili Qücərat dili Qırğız Nepal Yoruba Litva Dari Serbiya Somali Kinyarvanda Rumın Macar Çex Malaqasi İtalian Oromo Kanada Özbək Ukrain
Tərcümələrə baxmaq

Hədisin faydalarından

  1. Yumşaqlığın və qəzəb zamanı insanın nəfsini cilovlamasının fəziləti və bunun, İslamın çağırdığı saleh əməllərdən olması.
  2. Qəzəb zamanı nəfslə mübarizə, düşmənlə mubarizədən daha çətindir.
  3. İslamın, cahiliyyədəki güc-qüvvət anlayışını dəyişərək onu uca əxlaqla dəyərləndirməsi, İslama görə insanların ən qüvvətlisi hisslərini cilovlayan kəsdir.
  4. Fərdlərə və cəmiyyətə zərər verdiyi üçün qəzəbdən uzaqlaşmaq.