عن أبي ذر رضي الله عنه قال: قال لي النبي صلى الله عليه وسلم:
«لَا تَحْقِرَنَّ مِنَ الْمَعْرُوفِ شَيْئًا، وَلَوْ أَنْ تَلْقَى أَخَاكَ بِوَجْهٍ طَلْقٍ».
[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 2626]
المزيــد ...
Əbu Zərrdən (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) mənə belə dedi:
"Din qardaşını sadəcə gülər üzlə qarşılamaq olsa belə, xeyirdən sayılan heç bir əməli kiçik zənn etmə."
[Səhih] - [Muslim rəvayət etdi] - [Sahihu Muslim - 2626]
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) cüzi olsa belə xeyir əmələ təşviq edir və onun şənini kiçiltməməyi tövsiyə edir. Buna misal olaraq görüş zamanı təbəssüm etməyi göstərmək olar. Müsəlman qardaşla ünsiyyətdə səmimiyyət, qəlbinə sevinc bəxş etmək kimi xüsusiyyətlərə malik olmaq üçün hər bir müsəlman bu kimi əməllərə həris olmalıdır.