عن أنس بن مالك رضي الله عنه:
أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ لَا يَرُدُّ الطِّيبَ.  
                        
[صحيح] - [رواه البخاري] - [صحيح البخاري: 2582]
                        
 المزيــد ... 
                    
Ənəs bin Malik (Allah ondan razı olsun) demişdir:
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) ətirdən imtina etməzdi. 
                                                     
                                                                                                    
[Səhih] - [Əl-Buxari rəvayət etdi] - [Sahihul-Buxari - 2582]                                            
Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) yolundan idi ki, ona verilən ətirdən imtina etməzdi, onu qəbul edərdi, çünki ətir özü-özlüyündə yüngül, qoxusu isə xoşdur.