+ -

عن جَرِيْر بنِ عبدِ الله رضي الله عنه قال:
كُنَّا عِنْدَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، فَنَظَرَ إِلَى الْقَمَرِ لَيْلَةً -يَعْنِي الْبَدْرَ- فَقَالَ: «إِنَّكُمْ سَتَرَوْنَ رَبَّكُمْ كَمَا تَرَوْنَ هَذَا الْقَمَرَ، لَا تُضَامُونَ فِي رُؤْيَتِهِ، فَإِنِ اسْتَطَعْتُمْ أَنْ لَا تُغْلَبُوا عَلَى صَلَاةٍ قَبْلَ طُلُوعِ الشَّمْسِ وَقَبْلَ غُرُوبِهَا فَافْعَلُوا» ثُمَّ قَرَأَ: «{وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ قَبْلَ طُلُوعِ الشَّمْسِ وَقَبْلَ الْغُرُوبِ}»

[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 554]
المزيــد ...

Cərir bin Abdullahın (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir:
Biz Peyğəmbərlə (Allahın salavatı və salamı onun üzərinə olsun) birlikdə idik. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) Bədr gecəsi bütöv olan aya baxdı və dedi:"Həqiqətən də siz Rəbbinizi, bu ayı gördüyünüz kimi görəcəksiniz. Onu görməkdə bir çətinlik və sıxıntı çəkməyəcəksiniz.Elə isə günəş doğmamışdan öncəki namaza və gün batmamışdan qabaq qılınan namaza gücünüz çatdığı qədər davamlı riayət edin". Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) sonra bu ayəni oxudu: "Günəş doğmamışdan əvvəl və batmamışdan əvvəl Rəbbini həmd ilə tərif et (şəninə təriflər de)!".

[Səhih] - [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)] - [Sahihul-Buxari - 554]

Şərh (izah)

Sahabələr gecələrin birində Allah Rəsulu -(Allahın salavatı və salamı onun üzərinə olsun) ilə bir yerdə idilər, Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) on dörd gecəlik aya baxıb dedi: Şübhəsiz ki, möminlər Rəbblərini gözləri ilə aydın şəkildə görəcəklər və onlar basırıq olmadan, yorğunluq və sıxıntı çəkmədən uca Allahı görəcəklər. Sonra Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: Əgər bacarsanız sübh və əsr namazında sizi yayındaracaq səbəbləri aradan qaldırın və bu namazları vaxtında camaatla qılın, çünki bu, izzət və cəlal sahibi olan Allahın üzünü görmək nemətinə nail olmaq üçün səbəblərindəndir. Sonra Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bu ayəni oxudu: "Günəş doğmamışdan əvvəl və batmamışdan əvvəl Rəbbini həmd ilə tərif et (şəninə təriflər de)!"

Tərcümə: İngiliscə Urduca İspanca İndoneziya Uyğur Banqalca Fransızca Türkcə Rusca Bosniya Sinhalese Hind dili Çincə Farsca vyetnam dili Kürd Hausa portuqalca Malaylamca Teluguca Svahili dili Tamilcə Birma Taylandca Almanca Yaponca Puştu Assam Alban İsveç Amhar Holland dili Qücərat dili Qırğız Nepal Yoruba Litva Dari Serbiya Somali Kinyarvanda Rumın Çex الموري Malaqasi Oromo Kanada الولوف Ukrain الجورجية
Tərcümələrə baxmaq

Hədisin faydalarından

  1. İman əhlinə uca Allahı cənnətdə görmək müjdəsi.
  2. İnsanları haqqa çağırmağın üslublarından biri: təkid etmək, təşviq etmək və misallar çəkməkdir.