عن أبي هريرة رضي الله عنه عن رسول الله صلى الله عليه وسلم قال:
«مَا نَقَصَتْ صَدَقَةٌ مِنْ مَالٍ، وَمَا زَادَ اللهُ عَبْدًا بِعَفْوٍ إِلَّا عِزًّا، وَمَا تَوَاضَعَ أَحَدٌ لِلهِ إِلَّا رَفَعَهُ اللهُ».
[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 2588]
المزيــد ...
Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir:
"Sədəqə, var-dövlətdən bir şey əksiltməz, nə qədər ki, qul mərhəmətlidir, əvəzində Allah da onun izzətini artırar. Kim Allah üçün təvazökarlıq edərsə, Allah onu ucaldar."
[Səhih] - [Muslim rəvayət etdi] - [Sahihu Muslim - 2588]
Allah Rəsulu(Allahın salavatı və salamı onun üzərinə olsun) bəyan edir ki, sədəqə sərvəti əksiltməz, əksinə var-dövlətə ziyan vura biləcək bəlaları dəf edər və həmçinin Allah sədəqə verənə mükafatını böyük xeyirlə əvəzləyər, bu isə öz növbəsində malı azaltmaz, əksinə artırar.
İntiqama və cəzalandırmağa imkanı olduğu halda bağışlamaq, sahibinin yalnız qüvvət və izzətini artırar.
İnsan Allahın razılığını qazanmaq üçün, kimdənsə qorxduğuna görə yox və yaxud yaltaqlığa görə deyil, mənfəət əldə etmək məqsədi güdmədən, məhz Allahın üzünü qazanmaq üçün itaətlik və təvazökarlıq edərsə, mükafatı sözügedən insan üçün ucalıq və şərəf olar.