+ -

عن أبي سعيد الخُدْريِّ رضي الله عنه قال: سمعت رسول الله صلى الله عليه وسلم يقول:
«‌مَنْ ‌رَأَى ‌مِنْكُمْ ‌مُنْكَرًا فَلْيُغَيِّرْهُ بِيَدِهِ، فَإِنْ لَمْ يَسْتَطِعْ فَبِلِسَانِهِ، فَإِنْ لَمْ يَسْتَطِعْ فَبِقَلْبِهِ، وَذَلِكَ أَضْعَفُ الْإِيمَانِ».

[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 49]
المزيــد ...

Əbu Səid əl-Xudridən (Allah ondan razı olsun) rəvayətə görə o belə demişdir: Mən, Allah Rəsulunun (Allahın salamı və salavatı onun üzərinə olsun) belə dediyini eşitdim:
"Sizlərdən biriniz bir münkər gördükdə, onu əli ilə dəyişsin, əgər bacarmırsa, dili ilə dəyişsin, əgər onu da bacarmırsa, qəlbi ilə dəyişsin, bu isə imanın ən zəif dərəcəsidir".

[Səhih] - [Muslim rəvayət etdi] - [Sahihu Muslim - 49]

Şərh (izah)

Peyğəmbər (Allahın salamı və salavatı onun üzərinə olsun) müsəlmana, Allahın və Onun rəsulunun qadağan etdiyi hər bir münkəri gücü çatacağı şəkildə dəyişməyi əmr etmişdir. Əgər bir şəxs münkər görərsə, gücü çatırsa, onu əli ilə dəyişməsi vacibdir. Əgər bunu bacarmazsa, onu dili ilə dəyişməlidir. Yəni: həmin əməl sahibini o pis işdən çəkindirməli, bu əməlin ona olan zərərini bəyan etməli və onu, bu şərin əvəzinə xeyirli bir işə yönəltməlidir. Əgər bu üslubla da bacarmazsa, bu zaman onu qəlbi ilə dəyişməlidir. Yəni: o əmələ qəlbi ilə nifrət etməli və gücü çataçağı təqdirdə onu dəyişəcəyinə əzm etməlidir. Münkəri qəlblə inkar etmək, münkəri dəyişmədə imanın ən zəif dərəcəsidir.

Tərcümə: İngiliscə Urduca İspanca İndoneziya Uyğur Banqalca Fransızca Türkcə Rusca Bosniya Sinhalese Hind dili Çincə Farsca vyetnam dili Taqaloqca Kürd Hausa portuqalca Malaylamca Teluguca Svahili dili Tamilcə Birma Taylandca Almanca Puştu Assam Alban İsveç Amhar Holland dili Qücərat dili Qırğız Nepal Yoruba Litva Dari Serbiya Somali Tacik Kinyarvanda Rumın Macar Çex الموري Malaqasi İtalian Oromo Kanada الولوف البلغارية اليونانية Özbək Ukrain الجورجية اللينجالا المقدونية
Tərcümələrə baxmaq

Hədisin faydalarından

  1. Bu hədis, münkərin dəyişdirilmə mərtəbələrini izah edən əsas hədisdir.
  2. Münkəri qadağan etməkdə mərhələlər və hər kəsin bacarığı və qüdrəti daxilində olmasının əmr ediməsi.
  3. Münkərdən çəkindirmək, dində hər bir müsəlmana vacib olan əzəmətli mövzudur və hər bir müsəlman da bacardığı qədər bununla mükəlləfdir.
  4. Yaxşılığı əmr edib, münkərdən çəkindirmək imanın xüsusiyyətlərindəndir. İman artır və azalır.
  5. Edilən bir felin münkər olduğunu bilmək, münkərdən çəkindirməkdə şərtdir.
  6. Həmçinin münkəri dəyişdirdikdə, ondan da daha böyük bir münkərin ortaya çıxmaması, münkəri dəyişdirməkdə olan şərtlərdən biridir.
  7. Münkərdən çəkindirmənin ədəb və şərtləri vardır ki, müsəlmanın onları öyrənməsi lazımdır.
  8. Münkəri inkar etmək, şəri siyasəti bilməyi və həmçinin elm və bəsirət sahibi olmağı tələb edir.
  9. Münkəri qəlb ilə də olsa inkar etməmək, imanın zəif olduğuna dəlalət edir.