1. Ana səhifə
  2. Kateqoriyalar
  3. Əqidə

Hədis İman, yetmiş və bir neçə, və ya altmış və bir neçə şaxədən ibarətdir. Ən üstünü ləə iləhə illallah söyləmək, ən zəifi isə yolda olan maneəni aradan qaldırmaqdır

عن أبي هريرة رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم:
«الْإِيمَانُ بِضْعٌ وَسَبْعُونَ -أَوْ بِضْعٌ وَسِتُّونَ- شُعْبَةً، فَأَفْضَلُهَا قَوْلُ لَا إِلَهَ إِلَّا اللهُ، وَأَدْنَاهَا إِمَاطَةُ الْأَذَى عَنِ الطَّرِيقِ، وَالْحَيَاءُ شُعْبَةٌ مِنَ الْإِيمَانِ».

Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir:
"İman, yetmiş və bir neçə, və ya altmış və bir neçə şaxədən ibarətdir. Ən üstünü ləə iləhə illallah söyləmək, ən zəifi isə yolda olan maneəni aradan qaldırmaqdır, həya da imanın şaxələrindəndir".

Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər) Sahihu Muslim - 35

Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, iman şöbələrə bölünmüş və özündə çox xüsusiyyətləri ehtiva etmişdir: əməllər, etiqadlar və sözlər buna daxildir.
Həmçinin bildirir ki, imanın ən üstün və uca mərtəbəsi, lə iləhə illəllah kəlməsini söyləmək və bununla yanaşı mənasını bilərək və bu kəlmənin tələblərinə uyğun əməl edərək, həqiqtən Allahın tək ilah olduğunu, Ondan başqa ibadətə layiq heç bir məbudun olmadığını etiraf etməkdir.
İman baxımından əməllərin ən zəifi insanların yolundan, onlara əziyyət verən maneəni götürməkdir.
Sonra Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, həya imandandır, həya gözəl əməllər edib, çirkin işlərdən çəkinməyə təşviq edən əxlaqdır.

Hədisin faydalarından

  1. İman dərəcələrdən ibarətdir, bəziləri digərlərindən üstündür.
  2. İman söz, əməl və etiqaddır.
  3. Uca Allahdan edilən həya, Allahın səni qadağalarda görməmək, əmr etdiklərində isə sənin kənarda qalmamağını tələb edir.
  4. Ədədin qeyd edilməsi imanın bu həddə məhdud olması mənasını daşımır, əksinə iman mövzusunda əməllərin çoxluğuna dəlalət edir, çünki adətən ərəblər müəyyən bir şey üçün rəqəm qeyd edib söyləsələr də, o saydan əlavəsinin inkarını qəsd etmirlər.

Tərcümələrə baxmaq

63 Dil
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
UG ئۇيغۇرچە الأيغورية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
SI සිංහල السنهالية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
JA 日本語 اليابانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
KY Кыргызча القيرقيزية
NE नेपाली النيبالية
YO Yorùbá اليوروبا
LT Lietuvių الليتوانية
PRS دری الدرية
SR Српски الصربية
SO Soomaali الصومالية
TG тоҷикӣ الطاجيكية
RW Kinyarwanda الكينياروندا
RO Română الرومانية
HU Magyar المجرية
CS Čeština التشيكية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
FF Fulfulde الفولانية
IT Italiano الإيطالية
OM Oromoo الأورومو
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
BG Български البلغارية
UZ O‘zbek الأوزبكية
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
BM Bambara البامبارية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
KMR Kurmancî الكرمنجية