1. Ana səhifə
  2. Kateqoriyalar
  3. Əqidə

Hədis Sizlərdən biriniz bir münkər gördükdə, onu əli ilə dəyişsin, əgər bacarmırsa, dili ilə dəyişsin, əgər onu da bacarmırsa, qəlbi ilə dəyişsin, bu isə imanın ən zəif dərəcəsidir

عن أبي سعيد الخُدْريِّ رضي الله عنه قال: سمعت رسول الله صلى الله عليه وسلم يقول:
«‌مَنْ ‌رَأَى ‌مِنْكُمْ ‌مُنْكَرًا فَلْيُغَيِّرْهُ بِيَدِهِ، فَإِنْ لَمْ يَسْتَطِعْ فَبِلِسَانِهِ، فَإِنْ لَمْ يَسْتَطِعْ فَبِقَلْبِهِ، وَذَلِكَ أَضْعَفُ الْإِيمَانِ».

Əbu Səid əl-Xudridən (Allah ondan razı olsun) rəvayətə görə o belə demişdir: Mən, Allah Rəsulunun (Allahın salamı və salavatı onun üzərinə olsun) belə dediyini eşitdim:
"Sizlərdən biriniz bir münkər gördükdə, onu əli ilə dəyişsin, əgər bacarmırsa, dili ilə dəyişsin, əgər onu da bacarmırsa, qəlbi ilə dəyişsin, bu isə imanın ən zəif dərəcəsidir".

Səhih Muslim rəvayət etdi Sahihu Muslim - 49

Şərh (izah)

Peyğəmbər (Allahın salamı və salavatı onun üzərinə olsun) müsəlmana, Allahın və Onun rəsulunun qadağan etdiyi hər bir münkəri gücü çatacağı şəkildə dəyişməyi əmr etmişdir. Əgər bir şəxs münkər görərsə, gücü çatırsa, onu əli ilə dəyişməsi vacibdir. Əgər bunu bacarmazsa, onu dili ilə dəyişməlidir. Yəni: həmin əməl sahibini o pis işdən çəkindirməli, bu əməlin ona olan zərərini bəyan etməli və onu, bu şərin əvəzinə xeyirli bir işə yönəltməlidir. Əgər bu üslubla da bacarmazsa, bu zaman onu qəlbi ilə dəyişməlidir. Yəni: o əmələ qəlbi ilə nifrət etməli və gücü çataçağı təqdirdə onu dəyişəcəyinə əzm etməlidir. Münkəri qəlblə inkar etmək, münkəri dəyişmədə imanın ən zəif dərəcəsidir.

Hədisin faydalarından

  1. Bu hədis, münkərin dəyişdirilmə mərtəbələrini izah edən əsas hədisdir.
  2. Münkəri qadağan etməkdə mərhələlər və hər kəsin bacarığı və qüdrəti daxilində olmasının əmr ediməsi.
  3. Münkərdən çəkindirmək, dində hər bir müsəlmana vacib olan əzəmətli mövzudur və hər bir müsəlman da bacardığı qədər bununla mükəlləfdir.
  4. Yaxşılığı əmr edib, münkərdən çəkindirmək imanın xüsusiyyətlərindəndir. İman artır və azalır.
  5. Edilən bir felin münkər olduğunu bilmək, münkərdən çəkindirməkdə şərtdir.
  6. Həmçinin münkəri dəyişdirdikdə, ondan da daha böyük bir münkərin ortaya çıxmaması, münkəri dəyişdirməkdə olan şərtlərdən biridir.
  7. Münkərdən çəkindirmənin ədəb və şərtləri vardır ki, müsəlmanın onları öyrənməsi lazımdır.
  8. Münkəri inkar etmək, şəri siyasəti bilməyi və həmçinin elm və bəsirət sahibi olmağı tələb edir.
  9. Münkəri qəlb ilə də olsa inkar etməmək, imanın zəif olduğuna dəlalət edir.

Tərcümələrə baxmaq

68 Dil
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
UG ئۇيغۇرچە الأيغورية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
SI සිංහල السنهالية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
JA 日本語 اليابانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
KY Кыргызча القيرقيزية
NE नेपाली النيبالية
YO Yorùbá اليوروبا
LT Lietuvių الليتوانية
PRS دری الدرية
SR Српски الصربية
SO Soomaali الصومالية
TG тоҷикӣ الطاجيكية
RW Kinyarwanda الكينياروندا
RO Română الرومانية
HU Magyar المجرية
CS Čeština التشيكية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
FF Fulfulde الفولانية
IT Italiano الإيطالية
OM Oromoo الأورومو
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
BG Български البلغارية
EL Ελληνικά اليونانية
UZ O‘zbek الأوزبكية
UK Українська الأوكرانية
KA ქართული الجورجية
LN Lingala اللينجالا
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
BM Bambara البامبارية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
DA Dansk الدنماركية
RN Kirundi الكيروندي
KMR Kurmancî الكرمنجية
MS Bahasa Melayu الملايو