عن أبي هريرة رضي الله عنه عن النبي صلى الله عليه وسلم قال:
«لَيْسَ شَيْءٌ أَكْرَمَ عَلَى اللهِ تَعَالَى مِنَ الدُّعَاءِ».
[حسن] - [رواه الترمذي وابن ماجه وأحمد] - [سنن الترمذي: 3370]
المزيــد ...
Əbu Hureyrədən (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə söylədiyi rəvayət edilmişdir:
"Uca Allah qatında duadan daha dəyərli bir şey yoxdur".
[Həsən] - [Ət-Tirmizi, İbnu Məcə və Əhməd rəvayət etdi] - [Sünən Ət-Tirmizi - 3370]
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bəyan edir ki, Allaha edilən ibadətlər arasında duadan daha üstünü yoxdur, çünki dua etməklə uca və pak olan Allahın məxluqatdan ali və zəngin olması ilə bərabər qulun aciz və Ona möhtac olması etiraf olunur.