عن سَمُرَة بن جندبٍ رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم:
«أَحَبُّ الْكَلَامِ إِلَى اللهِ أَرْبَعٌ: سُبْحَانَ اللهِ، وَالْحَمْدُ لِلهِ، وَلَا إِلَهَ إِلَّا اللهُ، وَاللهُ أَكْبَرُ، لَا يَضُرُّكَ بِأَيِّهِنَّ بَدَأْتَ».
[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 2137]
المزيــد ...
Səmura bin Cundəbdən (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir:
Allaha ən sevimli olan dörd kəlimə vardır: Subhanallah (Allah və nöqsanlardan pakdır), əlhəmdulilləh (həmd yalnız Allaha məxsusdur), ləə iləhə illəllah (Allahdan başqa ibadətə layiq ilah yoxdur), Allahu əkbər (Allah ən böyükdür).Hansıyla başlasan zərəri olmaz.
[Səhih] - [Muslim rəvayət etdi] - [Sahihu Muslim - 2137]
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bildirir ki, uca Allaha ən sevimli olan kəlimələr dörddür:
Subhanallah: Yəni uca Allahın bütün nöqsanlardan uzaq olması.
Əlhəmdulilləh: Bu, sevgi və təzim bəsləməklə Allahı ən mükəmməl sifətlə vəsf etməkdir.
Lə iləhə illəllah: Yəni, Allahdan başqa ibadətə layiq olan məbud yoxdur.
Allahu əkbər: Yəni, O hər şeydən ən izzətli, ən əzəmətli, ən böyükdür.
Bu fəziləti və savabını əldə etmək üçün bu kəlimələri tələffüz edərkən onları sıra qaydasında söyləmək vacib deyildir.