عن أبي هريرة رضي الله عنه عن النبي صلى الله عليه وسلم:
«اللهُمَّ لَا تَجْعَلْ قَبْرِي وَثَنًا، لَعَنَ اللهُ قَوْمًا اتَّخَذُوا قُبُورَ أَنْبِيَائِهِمْ مَسَاجِدَ».
[صحيح] - [رواه أحمد] - [مسند أحمد: 7358]
المزيــد ...
Əbu Hureyradan - Allah ondan razı olsun - rəvayət edilir ki, Peyğəmbər - salləllahu aleyhi va səlləm - belə demişdir:
"Allahım! Qəbrimi ibadət edilən bir büt (ibadət və sitayiş yeri) etmə!. Peyğəmbərlərinin qəbirlərini məscidlər (ibadətgah) edən qövmə Allah lənət emişdir".
[Səhih] - [Əhməd rəvayət etdi] - [Müsnəd Əhməd - 7358]
Peyğəmbər - salləllahu aleyhi va səlləm - Rəbbinə qəbrinin insanların təzim edərək ibadət edilən bütə çevirilməməsi və ona yönələrək səcdə edilməməsi üçün dua etdi. Sonra Peyğəmbər -salləllahu aleyhi va səlləm - peyğəmbərlərinin qəbirlərini məscidlərə çevirənlərin Allahın rəhmətindən qovulduqlarını xəbər verdi. Çünki qəbirləri məscidlərə çevirmək onlara ibadət etməyə və onların xeyir və ya zərər verə biləcəyinə etiqad etməyə səbəbdir.