1. Ana səhifə
  2. Kateqoriyalar
  3. Fəzilətli əməllər və ədəb-ərkanlar

Hədis Evlərinizi qəbirsanlıqlara və mənim qəbrimi də ziyarətgaha çevirməyin, mənə salavat (salallahu aleyhi va səlləm) deyin, siz harada olsanız, dediyiniz salavatlar mənə çatar

عن أبي هريرة رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم:
«لَا تَجْعَلُوا بُيُوتَكُمْ قُبُورًا، وَلَا تَجْعَلُوا قَبْرِي عِيدًا، وَصَلُّوا عَلَيَّ؛ فَإِنَّ صَلَاتَكُمْ تَبْلُغُنِي حَيْثُ كُنْتُمْ».

Əbu Hureyrə - Allah ondan razı olsun - rəvayət edir ki, Peyğəmbər - salləllahu aleyhi va səlləm - belə demişdir:
"Evlərinizi qəbirsanlıqlara və mənim qəbrimi də ziyarətgaha çevirməyin, mənə salavat (salallahu aleyhi va səlləm) deyin, siz harada olsanız, dediyiniz salavatlar mənə çatar".

Həsən Əbu Davud rəvayət etdi Sünən Əbi Davud - 2042

Şərh (izah)

Peyğəmbər - salləllahu aleyhi va səlləm - evlərdə namaz qılmağı tərk edib oranı qəbirsanlıqlar kimi namaz qılınmayan yerə çevirməyi qadağan etmişdir. Peyğəmbər - salləllahu aleyhi va səlləm - həmçinin öz qəbrini adət halına salınaraq təkrar-təkrar ziyarət etməyi və qəbri yanında toplanmağı qadağan etmişdir, çünki bu şirkə bir vəsilədir. Peyğəmbər - salləllahu aleyhi va səlləm - müsəlman kimsəyə yer kürəsinin hansı tərəfində olmasından asılı olmayaraq, ona salavat deməyi əmr etmişdir, çünki deyilən salavatlar insanın yaxın və ya uzaq olmasından asılı olmayaraq ona eyni səviyyədə çatır. Məhz buna görə də onun qəbrini təkrar-təkrar ziyarət etməyə ehtiyac yoxdur.

Hədisin faydalarından

  1. Evlərdə Allaha ibadət etməməyin qadağan olunması.
  2. Peyğəmbərin - salləllahu aleyhi va səlləm - qəbrini ziyarət etmək üçün səfərə çıxmaq qadağan olunmuşdur. Çünki Peyğəmbər - salləllahu aleyhi va səlləm - ona salavat deməyi əmr etmiş və harada olmasından asılı olmayaraq, deyilən salavatın ona çatacağını xəbər vermişdir. Ancaq Peyğəmbərin - salləllahu aleyhi va səlləm - məscidini ziyarət etmək və orada namaz qılmaq məqsədi ilə səfərə çıxıla bilər.
  3. Peyğəmbərin - salləllahu aleyhi va səlləm - qəbrinin müəyyən zamanlarda xüsusu bir qaydada təkrar-təkrar ziyarət edilərək bayram yerinə çevirməyin və həmçinin bu qaydada digər qəbirləri də ziyarət etməyin haram olması.
  4. Peyğəmbər - salləllahu aleyhi va səlləm - Rəbbi yanında hörmət sahibidir. Elə buna görə də Uca Allah Peyğəmbərə - salləllahu aleyhi va səlləm - hər bir zamanda və hər bir məkanda salavat deməyi dinin ayinlərindən etmişdir.
  5. Belə ki, qəbirlər yanında namaz qılmağın qadağan olması səhabələr tərəfindən qəbul olunmuşdur. Buna görə Peyğəmbər - salləllahu aleyhi va səlləm - qəbirsanlıqlarda namaz qılınmadığı kimi evlərin də o hala gətirilməsini qadağan etmişdir.

Tərcümələrə baxmaq

69 Dil
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
UG ئۇيغۇرچە الأيغورية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
SI සිංහල السنهالية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
JA 日本語 اليابانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
KY Кыргызча القيرقيزية
NE नेपाली النيبالية
YO Yorùbá اليوروبا
LT Lietuvių الليتوانية
PRS دری الدرية
SR Српски الصربية
SO Soomaali الصومالية
TG тоҷикӣ الطاجيكية
RW Kinyarwanda الكينياروندا
RO Română الرومانية
HU Magyar المجرية
CS Čeština التشيكية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
FF Fulfulde الفولانية
IT Italiano الإيطالية
OM Oromoo الأورومو
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
BG Български البلغارية
EL Ελληνικά اليونانية
AK Akan الأكانية
UZ O‘zbek الأوزبكية
UK Українська الأوكرانية
KA ქართული الجورجية
LN Lingala اللينجالا
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
BM Bambara البامبارية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
DA Dansk الدنماركية
RN Kirundi الكيروندي
KMR Kurmancî الكرمنجية
MS Bahasa Melayu الملايو