+ -

عن عبد الله بن عمرو رضي الله عنهما قال: قال رسول الله صلى الله عليه وسلم:
«يقالُ لصاحبِ القرآن: اقرَأ وارتَقِ، ورتِّل كما كُنْتَ ترتِّل في الدُنيا، فإن منزِلَكَ عندَ آخرِ آية تقرؤها».

[حسن] - [رواه أبو داود والترمذي والنسائي في الكبرى وأحمد] - [سنن أبي داود: 1464]
المزيــد ...

Abdullah bin Amrdan (Allah onların hər ikisindən razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir:
"Quran sahibinə deyiləcək: Oxu və yüksəl, dünyada tərtil ilə oxuduğun kimi burada da tərtillə oxu, şübhəsiz ki, sənin dərəcən, oxuduğun son ayəyə qədərdir."

[Həsən] - [Əbu Davud, Ət-Tirmizi, Ən-Nəsai Əl-Kubrada,Əhməd rəvayət etdi] - [Sünən Əbi Davud - 1464]

Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, Quranı oxuyana, əhkamlarına əməl edənə, oxuyaraq əzbərləyənə, cənnətə daxil olarkən deyiləcək: Quranı oxu və cənnətin dərəcələrinə bununla yüksəl, dünyada tələsmədən rahatlıqla aramla oxuduğun kimi burada da elə oxu. Şübhəsiz ki, sənin son yerin, oxuduğun son ayəyə qədərdir.

Tərcümə: İngiliscə Urduca İspanca İndoneziya Uyğur Banqalca Fransızca Türkcə Rusca Bosniya Sinhalese Hind dili Çincə vyetnam dili Taqaloqca Kürd Hausa portuqalca Malaylamca Teluguca Svahili dili Tamilcə Birma Taylandca Almanca Puştu Assam Alban İsveç Amhar Holland dili Qücərat dili Qırğız Nepal Yoruba Litva Dari Serbiya Somali Tacik Kinyarvanda Rumın Macar Çex الموري Malaqasi İtalian Oromo Kanada الولوف البلغارية اليونانية Özbək Ukrain الجورجية اللينجالا المقدونية
Tərcümələrə baxmaq

Hədisin faydalarından

  1. Mukafat əməllərin keyfiyyət və kəmiyyətinə uyğun verilir.
  2. Quranı oxumağa, əzbərləməyə, onu düşünüb anlamağa çalışmağa və əhkamlarına əməl etməyə təşviq.
  3. Cənnətdə bir çox məqamlar və dərəcələr vardır. Quran sahibləri orada ən üstün dərəcələrə nail olur.