+ -

عَنْ مُعَاذٍ رَضِيَ اللَّهُ عَنْهُ، قَالَ:
كُنْتُ رِدْفَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى حِمَارٍ يُقَالُ لَهُ عُفَيْرٌ، فَقَالَ: «يَا مُعَاذُ، هَلْ تَدْرِي حَقَّ اللَّهِ عَلَى عِبَادِهِ، وَمَا حَقُّ العِبَادِ عَلَى اللَّهِ؟»، قُلْتُ: اللَّهُ وَرَسُولُهُ أَعْلَمُ، قَالَ: «فَإِنَّ حَقَّ اللَّهِ عَلَى العِبَادِ أَنْ يَعْبُدُوهُ وَلا يُشْرِكُوا بِهِ شَيْئًا، وَحَقَّ العِبَادِ عَلَى اللَّهِ أَنْ لا يُعَذِّبَ مَنْ لا يُشْرِكُ بِهِ شَيْئًا»، فَقُلْتُ: يَا رَسُولَ اللَّهِ أَفَلاَ أُبَشِّرُ بِهِ النَّاسَ؟ قَالَ: «لا تُبَشِّرْهُمْ، فَيَتَّكِلُوا».

[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 2856]
المزيــد ...

Muazdan -Allah ondan razı olsun - olan rəvayətdə o dedi:
Bir dəfə Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) Ufeyr adlanan uzunqulağın belində öndə , mən isə arxada oturmuşdum. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) (mənə) dedi: Ey Muaz, Allahın qulları üzərindəki və qulların Allah üzərindəki haqlarını bilirsənmi? Dedim: Allah və Rəsulu ən doğrusunu bilir. Dedi: "Allahın qulları üzərində haqqı Ona ibadət edərək, Ona heç bir şeyi şərik qoşmamaqdır. Qulların Allah üzərində haqları isə, Ona şərik qoşmayan kəsə əzab verməməsidir.", Mən dedim: Ey Allahın Rəsulu! Bununla insanları müjdələməyimmi? Müjdələmə, yoxsa arxayınlaşarlar - dedi.

[Səhih] - [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)] - [Sahihul-Buxari - 2856]

Şərh (izah)

Peyğəmbərimiz (Allahın salavatı və salamı onun üzərinə olsun) Allahın qullar üzərində olan haqqını və qulların Allah üzərində olan haqqını bəyan edir və bildirir ki, Allahın qullar üzərində haqqı yalnız Ona ibadət etmək və Ona heç nəyi şərik qoşmamaqdır. Qulların Allah üzərində haqqı, Ona heç nəyi şərik qoşmayan tövhid əhlinə əzab verməməsidir. Sonra Muaz deyir: Ey Allahın Rəsulu, insanlar bu sevindirici xəbərlə sevinsinlər və şad olsunlar deyə onları müjdələməyim? Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) insanların buna arxayın olmasından qorxduğu üçün müjdələməyi ona qadağan edir.

Tərcümə: İngiliscə Urduca İspanca İndoneziya Uyğur Banqalca Fransızca Türkcə Rusca Bosniya Sinhalese Hind dili Farsca vyetnam dili Taqaloqca Kürd Hausa portuqalca Malaylamca Teluguca Svahili dili Tamilcə Birma Taylandca Almanca Puştu Assam Alban İsveç Amhar Holland dili Qücərat dili Qırğız Nepal Yoruba Litva Dari Serbiya Somali Tacik Kinyarvanda Rumın Macar Çex الموري Malaqasi İtalian Oromo Kanada الولوف البلغارية اليونانية Özbək Ukrain الجورجية اللينجالا المقدونية
Tərcümələrə baxmaq

Hədisin faydalarından

  1. Allahın qullarına vacib etdiyi haqlarının bəyanı: Ona ibadət edib, heç nəyi Ona şərik qoşmamaları.
  2. Qulların Allah üzərində olan, Onun tərəfindən onlara fəzilət və nemət olaraq Allahın özünə vacib etdiyi haqlarının bəyanı: Onları cənnətinə daxil etməsi və onlara əzab verməməsi.
  3. Burada Uca Allaha şərik qoşmayan tövhid əhlinə, son mənzillərinin cənnət olması ilə bağlı böyük müjdə vardır.
  4. Muaz (Allah ondan razı olsun) elmi gizlətməyin günahından qorxduğu üçün ölümündən öncə bu hədisi söyləyir
  5. Bəzi insanların, mənalarını anlamayacaqlarından ehtiyat edib, onların yanında əməl etməklə və şəriətin hədlərindən hər hansı hədlə əlaqəsi olmayan bəzi hədisləri yaymamaq.
  6. Tövhid əhli arasındakı günahkarlar Allahın istəyi altındadır, istəsə onları bağışlayar, istəsə onlara əzab verər, lakin sonda gedəcəkləri yer cənnətdir.