1. Ana səhifə
  2. Kateqoriyalar
  3. Fəzilətli əməllər və ədəb-ərkanlar

Hədis Cəhənnəm şəhvətlərlə (nəfsə xoş gələn şeylərlə), Cənnət isə nəfsin istəmədiyi şeylərlə əhatə edilmişdir

عن أبي هريرة رضي الله عنه أن رسول الله صلى الله عليه وسلم قال:
«حُجِبَتِ النَّارُ بِالشَّهَوَاتِ، وَحُجِبَتِ الْجَنَّةُ بِالْمَكَارِهِ».

Əbu Hureyradən - Allah ondan razı olsun - rəvayət edildiyinə görə, Allah Rəsulu - salləllahu aleyhi va səlləm - belə buyurmuşdur:
"Cəhənnəm şəhvətlərlə (nəfsə xoş gələn şeylərlə), Cənnət isə nəfsin istəmədiyi şeylərlə əhatə edilmişdir".

Səhih Əl-Buxari rəvayət etdi Sahihul-Buxari - 6487

Şərh (izah)

Peyğəmbər - salləllahu aleyhi va səlləm - Cəhənnəmin haramları etmək və fərzlərə laqeyd və səhlənkar yanaşmaq kimi nəfsin arzuladığı şeylər ilə əhatə edildiyini xəbər vermişdir. Kim nəfsinin istəklərinə uyarsa, Cəhənnəmə layiq olar. Cənnət isə əmr edilənləri yerinə yetirməyə səbr etmək, haramları tərk edib bunda qərarlı olmaq kimi nəfsin xoş görmədiyi şeylər ilə əhatə edilmişdir. Kim bu çətin yolları aşar və bu işdə nəfsi ilə mücadələ edərsə,Cənnətə daxil olmağa layiq olar.

Hədisin faydalarından

  1. İnsanı şəhvətinin arxasınca sürükləyən səbəblərdən biri də şeytanın insana şər və çirkin şeyləri gözəl göstərməsidir. Beləcə, nəfs onu gözəl görür və ona meyil edir.
  2. Hədisdə nəfsə xoş gələn haramlardan uzaq durmaq əmr edilmişdir. Çünki bu, Cəhənnəmə aparan yoldur. Həmçinin nəfsə xoş gəlməyən şeylərə də səbr etmək əmr edilmişdir. Çünki bu da Cənnətə aparan yoldur.
  3. Hədisdə nəfslə mücadilə etməyin, ibadətlərə həris olmağın, nəfsin xoşlamadığı şeylərə və itaətləri əhatə edən çətinliklərə səbr etməyin fəziləti bəyan edilmişdir.

Tərcümələrə baxmaq

69 Dil
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
UG ئۇيغۇرچە الأيغورية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
SI සිංහල السنهالية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
JA 日本語 اليابانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
KY Кыргызча القيرقيزية
NE नेपाली النيبالية
YO Yorùbá اليوروبا
LT Lietuvių الليتوانية
PRS دری الدرية
SR Српски الصربية
SO Soomaali الصومالية
TG тоҷикӣ الطاجيكية
RW Kinyarwanda الكينياروندا
RO Română الرومانية
HU Magyar المجرية
CS Čeština التشيكية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
FF Fulfulde الفولانية
IT Italiano الإيطالية
OM Oromoo الأورومو
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
BG Български البلغارية
EL Ελληνικά اليونانية
AK Akan الأكانية
UZ O‘zbek الأوزبكية
UK Українська الأوكرانية
KA ქართული الجورجية
LN Lingala اللينجالا
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
BM Bambara البامبارية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
DA Dansk الدنماركية
RN Kirundi الكيروندي
KMR Kurmancî الكرمنجية
MS Bahasa Melayu الملايو