+ -

عن عائشة رضي الله عنها قالت: قال رسول الله صلى الله عليه وسلم:
«السِّوَاكُ مَطْهَرَةٌ لِلْفَمِ، مَرْضَاةٌ لِلرَّبِّ».

[صحيح] - [رواه النسائي وأحمد] - [مسند أحمد: 24203]
المزيــد ...

Aişə -Allah ondan razı olsun- rəvayət edildiyinə görə Allah Rəsulu -salləllahu aleyhi va səlləm- belə buyurmuşdur:
"Misvak ağzın təmizliyi, Rəbbin isə razılığıdır".

[Səhih] - [Ən-Nəsai və Əhməd rəvayət ediblər] - [Müsnəd Əhməd - 24203]

Şərh (izah)

Peyğəmbər -salləllahu aleyhi va səlləm- bizə arak ağacı və ona bənzər şeylər ilə dişləri fırçalamağın ağzı qida qalıqları və pis qoxulardan təmizlədiyini xəbər vermişdir. Misvakdan istifadə etmək Uca Allahın qulundan razı olmasının səbəblərindən biridir. Çünki bu əməldə Allaha itaat və Onun əmrinə boyun əymək və həmçinin Allahın sevdiyi təmizlikdən bir pay vardır.

Tərcümə: İngiliscə Urduca İspanca İndoneziya Uyğur Banqalca Fransızca Türkcə Rusca Bosniya Sinhalese Hind dili Çincə Farsca vyetnam dili Taqaloqca Kürd Hausa portuqalca Malaylamca Teluguca Svahili dili Tamilcə Birma Taylandca Almanca Yaponca Puştu Assam Alban İsveç Amhar Holland dili Qücərat dili Qırğız Nepal Yoruba Litva Dari Serbiya Somali Tacik Kinyarvanda Rumın Macar Çex Malaqasi İtalian Oromo Kanada Özbək Ukrain
Tərcümələrə baxmaq

Hədisin faydalarından

  1. Hədisdə ağzı misvakla təmizləməyin fəziləti və Peyğəmbərin -salləllahu aleyhi va səlləm- ümmətinə misvakdan tez-tez istifadə etməyə təşviq etməsi vurğulanmışdır.
  2. Ağız təmizliyində ən fəzilətli olan arak ağacının budağından əldə edilən misvakdan istifadə edilməsidir. Diş fırçası və məcundan istifadə edilməsi də misvakın yerini verir.