عن أبي هريرة رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم:
«قَالَ اللهُ تَبَارَكَ وَتَعَالَى: أَنَا أَغْنَى الشُّرَكَاءِ عَنِ الشِّرْكِ، مَنْ عَمِلَ عَمَلًا أَشْرَكَ فِيهِ مَعِي غَيْرِي تَرَكْتُهُ وَشِرْكَهُ».
[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 2985]
المزيــد ...
Əbu Hureyradan -Allah ondan razı olsun- rəvayət edilir ki, Peyğəmbər -salləllahu aleyhi va səlləm- belə demişdir:
"Allah -Təbarakə va Təalə- buyurmuşdur: Mən, şərik olmağa
möhtac deyiləm.Kim bir əməl edərsə və etdiyi əməldə bir başqasını Mənə şərik qoşarsa, Mən onu və şərik qoşduğunu tərk edərəm".
[Səhih] - [Muslim rəvayət etdi] - [Sahihu Muslim - 2985]
Peyğəmbər -salləllahu aleyhi va səlləm- bu hədisdə Uca Allahın şəriklərə ehtiyacı olmadığını, həmçinin əgər insan bir yaxşı əməl edərsə və etdiyi əməli həm Allah, həm də Allahdan qeyrisi üçün edərsə, həmin əməlin ondan qəbul olmayacağını xəbər vermişdir. Beləliklə əməli ixlasla Uca Allah üçün etmək lazımdır.Çünki, Uca Allah yalnız Onun üçün edilən əməli qəbul edir.