+ -

عَنْ أَنَسٍ رَضِيَ اللَّهُ عَنْهُ، قَالَ: لَأُحَدِّثَنَّكُمْ حَدِيثًا سَمِعْتُهُ مِنْ رَسُولِ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لاَ يُحَدِّثُكُمْ بِهِ أَحَدٌ غَيْرِي: سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ:
«إِنَّ مِنْ أَشْرَاطِ السَّاعَةِ أَنْ يُرْفَعَ العِلْمُ، وَيَكْثُرَ الجَهْلُ، وَيَكْثُرَ الزِّنَا، وَيَكْثُرَ شُرْبُ الخَمْرِ، وَيَقِلَّ الرِّجَالُ، وَيَكْثُرَ النِّسَاءُ حَتَّى يَكُونَ لِخَمْسِينَ امْرَأَةً القَيِّمُ الوَاحِدُ».

[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 5231]
المزيــد ...

Ənəsdən (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Sizə, məndən başqa kimsənin rəvayət etməyəcəyi Allah Rəsulundan (Allahın salavatı və salamı onun üzərinə olsun) eşitdiyim hədisi danışacam. Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitdim:
Qiyamətin əlamətlərindən, elmin aradan qalxması, cəhalətin yayılması, zinanın artması, haram içkilərin istifadəsinin çoxalması, kişilərin azalması, qadınların artmasıdır ki, əlli qadına bir kişi düşəcək.

[Səhih] - [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)] - [Sahihul-Buxari - 5231]

Şərh (izah)

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bəyan edir ki, Qiyamətin yaxınlaşmasının əlamətlərindən biri də şəriət elminin aradan qalxmasıdır ki, bu da alimlərin ölümü ilə baş verir. Bunun nəticəsində isə cəhalət yayılır. Həmçinin zina və pozğunluqların yayılar, şərab içilməsi artar, kişilərin sayı azalar, qadınların sayı isə artar və beləliklə əlli qadının işini və məsuliyyətini bir kişi üzərinə götürəcək.

Tərcümə: İngiliscə Urduca İspanca İndoneziya Uyğur Banqalca Fransızca Türkcə Bosniya Sinhalese Hind dili Farsca vyetnam dili Taqaloqca Kürd Hausa portuqalca Malaylamca Teluguca Svahili dili Tamilcə Birma Taylandca Almanca Puştu Assam Alban İsveç Amhar Holland dili Qücərat dili Qırğız Nepal Yoruba Litva Dari Serbiya Somali Tacik Kinyarvanda Rumın Macar Çex Malaqasi İtalian Oromo Kanada Özbək Ukrain
Tərcümələrə baxmaq

Hədisin faydalarından

  1. Qiyamətin bəzi əlamətlərinin bəyanı
  2. Qiyamətin vaxtı, yalnız Allahın bildiyi və hər kəsdən gizlətdiyi qeyb məsələlərindəndir.
  3. Şəriət elminin aradan qalxmamış öyrənilməsinə təşviq edilməsi.