+ -

عن المقدام بن معدِيْكَرِب رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم:
«أَلَا هَلْ عَسَى رَجُلٌ يَبْلُغُهُ الْحَدِيثُ عَنِّي وَهُوَ مُتَّكِئٌ عَلَى أَرِيكَتِهِ فَيَقُولُ: بَيْنَنَا وَبَيْنَكُمْ كِتَابُ اللهِ، فَمَا وَجَدْنَا فِيهِ حَلَالًا اسْتَحْلَلْنَاهُ، وَمَا وَجَدْنَا فِيهِ حَرَامًا حَرَّمْنَاهُ، وَإِنَّ مَا حَرَّمَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَمَا حَرَّمَ اللهُ».

[صحيح] - [رواه أبو داود والترمذي وابن ماجه] - [سنن الترمذي: 2664]
المزيــد ...

Miqdəd bin Madikərib (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət etmişdir:
Bilin ki, bir kişinin ona çatan hədis barədə öz oturacağının qoltuğuna rahat söykənərək belə söyləyəcəyi zaman yaxındadir: Bizimlə sizin aranızda Allahın kitabı var , orada nəyi halal gördüksə , onu halal bilərik, haram gördüyümüzü isə haram bilərik. Bilin ki, Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) haram etdikləri Allahın haram etdikləri kimidir .

[Səhih] - [Əbu Davud, Ət-Tirmizi və İbnu Məcə rəvayət etdi] - [Sünən Ət-Tirmizi - 2664]

Şərh (izah)

Peyğəmbərimiz (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, bir qrup insanın toplaşdığı məclisdə , onlardan birinin öz oturacağının qoltuğuna söykəndiyi halda Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) ona bir hədis deyildikdə, o hədis barədə : "Bizimlə sizin aranızdakı məsələlərdə hökm verən Qurani Kərimdir və o bizə kifayətdir, orada nə halal tapsaq ona əməl edərik və nə haram görsək ondan uzaqlaşarıq" deməsi zamanı artıq yaxınlaşmışdır. Sonra Peyğəmbərimiz (Allahın salavatı və salamı onun üzərinə olsun) bəyan edir ki, onun sünnəsində haram etdiyi və ya qadağan etdiyi hər şey Allahın haram etdiyinin hökmü kimidir, çünki o, öz Rəbbinin hökmlərini çatdırır.

Tərcümə: İngiliscə Urduca İspanca İndoneziya Uyğur Banqalca Fransızca Türkcə Rusca Bosniya Sinhalese Hind dili Farsca vyetnam dili Taqaloqca Kürd Hausa portuqalca Malaylamca Teluguca Svahili dili Tamilcə Birma Taylandca Almanca Puştu Assam Alban İsveç Amhar Holland dili Qücərat dili Qırğız Nepal Yoruba Litva Dari Serbiya Somali Tacik Kinyarvanda Rumın Macar Çex الموري Malaqasi İtalian Oromo Kanada الولوف البلغارية اليونانية Özbək Ukrain الجورجية اللينجالا المقدونية
Tərcümələrə baxmaq

Hədisin faydalarından

  1. Sünnənin Quran kimi təzim edilməsi və ondan şəriət əhkamlarının götürülməsi.
  2. Allah Rəsuluna (Allahın salavatı və salamı onun üzərinə olsun) itaət Allaha itaətdir, ona asi olmaq isə Uca Allaha asi olmaqdır.
  3. Sünnənin hüccət olmasının sübutu və sünnəni qəbul etməyib inkar edənlərə cavab.
  4. Kim sünnədən üz çevirib, yalnız Quranla kifayətlənməyi iddia edərsə, o, onların hər ikisindən üz çevirmiş olur və Qurana tabeçiliyindəki iddiasında yalançıdır.
  5. Peyğəmbərimizin (Allahın salavatı və salamı onun üzərinə olsun) gələcəkdə baş verəcək şeylər haqqında xəbər verməsi peyğəmbərliyin sübutudur və xəbər verdiyi kimi baş tutur.