عن العِرْباضِ بن ساريةَ رضي الله عنه قال:
قام فينا رسول الله صلى الله عليه وسلم ذات يوم، فوَعَظَنا مَوعظةً بليغةً وَجِلتْ منها القلوبُ، وذَرَفتْ منها العيونُ، فقيل: يا رسول الله، وعظتَنَا موعظةَ مُودِّعٍ فاعهد إلينا بعهد. فقال: «عليكم بتقوى الله، والسمع والطاعة، وإن عبدًا حبشيًّا، وسترون من بعدي اختلافًا شديدًا، فعليكم بسنتي وسنة الخلفاء الراشدين المهديين، عَضُّوا عليها بالنواجِذ، وإياكم والأمور المحدثات، فإن كل بدعة ضلالة».
[صحيح] - [رواه أبو داود والترمذي وابن ماجه وأحمد] - [سنن ابن ماجه: 42]
المزيــد ...
İrbad bin Səriyənin (Allah ondan razı olsun) belə söylədiyi rəvayət edilir:
Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bir gün aramızda ikən ayağa qalxıb bizə, qəlblərimizi titrədən, gözlərimizi yaşardan bəlağətli bir xütbə söylədi. Ona dedilər ki: Ey Allahın Rəsulu, bizə sanki vida xütbəsi verdin, ona görə bizə vəsiyyət et. O dedi: “ Sizə Allahdan qorxmağı tövsiyyə edirəm, (rəhbəriniz) həbəşi bir kölə olsa belə, ona tabe olub, itaət edin. Məndən sonra şiddətli ixtilaflar görəcəksiniz, mənim və doğru yolda olan raşidi xəlifələrin yoluna tabe olun və ondan azı dişlərinizlə yapışın. Dinə artırılmış yeniliklərdən çəkinin, çünki hər bir yenilik zəlalətdir.”
[Səhih] - [Əbu Davud, Ət-Tirmizi, İbn Məcə, Əhməd rəvayət ediblər] - [Sünən İbn Məcəh - 42]
Peyğəmbərimiz (Allahın salavatı və salamı onun üzərinə olsun) qəlbləri qorxuya salan, gözləri yaşardan bəlağətli bir xütbə söylədi. Onlar Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) təsirli çıxışını görüb dedilər: "Ey Allahın Rəsulu, bu sanki vida xütbəsi idi". Onlar Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) sonra gələn dövrlərdə sarıla biləcəkləri məsləhətlər barədə ondan tövsiyələrini istədilər. Buyurdu: Sizə fərzləri yerinə yetirməklə və haramları tərk etməklə izzət və cəlal sahibi olan Allahdan qorxmağı tövsiyə edirəm. Rəhbərlərə tabe olub, itaət etmək. Əgər bir kölə sizin üzərinizdə rəhbər və ya hakimiyyət sahibi olarsa, yəni cəmiyyətin ən aşağı təbəqəsindən olan bir kəs sizə hökmdar olarsa, bundan boyun qaçırmayın və fitnələrin oyanmaması üçün ona itaət edin, çünki sizdən kimə ömür vəfa etsə, çoxlu ixtilaflar görəcək. Sonra onlara bu ixtilafdan çıxış yolunu izah etdi ki, bu da onun yoluna və özündən sonra gələn raşidi xəlifələrin - Əbu Bəkr əs-Siddiq, Ömər bin Əl-Xəttab, Osman bin Əffan və Əli ibn Əbi Talibin (Allah onların hamısından razı olsun) yolundan bərk yapışmaqdır və azı dişləri ilə bu yola sarılmaqdır. Bu misalla sünnəyə əməl etməyin və ondan bərk yapışmağın əhəmiyyətini nəzərdə tuturdu. Onları dindəki bidətlərdən (yeniliklərdən) çəkindirdi, çünki hər bir bidət zəlalətdir.