+ -

عَنْ ‌أَنَسِ بْنِ مَالِكٍ رَضِيَ اللهُ عَنْهُ:
أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ افْتَقَدَ ثَابِتَ بْنَ قَيْسٍ، فَقَالَ رَجُلٌ: يَا رَسُولَ اللهِ، أَنَا أَعْلَمُ لَكَ عِلْمَهُ، فَأَتَاهُ فَوَجَدَهُ جَالِسًا فِي بَيْتِهِ، مُنَكِّسًا رَأْسَهُ، فَقَالَ: مَا شَأْنُكَ؟ فَقَالَ شَرٌّ، كَانَ يَرْفَعُ صَوْتَهُ فَوْقَ صَوْتِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، فَقَدْ حَبِطَ عَمَلُهُ، وَهُوَ مِنْ أَهْلِ النَّارِ، فَأَتَى الرَّجُلُ فَأَخْبَرَهُ أَنَّهُ قَالَ كَذَا وَكَذَا، فَرَجَعَ الْمَرَّةَ الْآخِرَةَ بِبِشَارَةٍ عَظِيمَةٍ، فَقَالَ: «اذْهَبْ إِلَيْهِ فَقُلْ لَهُ: إِنَّكَ لَسْتَ مِنْ أَهْلِ النَّارِ، وَلَكِنْ مِنْ أَهْلِ الْجَنَّةِ».

[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 3613]
المزيــد ...

Ənəs bin Malikdən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə (o belə demişdir):
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) Sabit bin Qeysi bir neçə gün görmədi. Bir kişi: “Ey Allahın Rəsulu! Mən onun xəbərini öyrənib sənə gətirərəm” dedi. Kişi Sabitin evinə gedib baxdığında onu başını aşağı salıb, oturmuş bir halda olduğunu görüncə: “Sənə nə olub?” diyə soruşdu. O da: “Yaxşı deyiləm" dedi. Çünki mən səsimi Peyğəmbərin səsindən yuxarı qaldırırdım. Mənim əməlim batil oldu, Cəhənnəm əhlindən oldum” dedi. Kişi Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gəlib, Sabitin dediklərini bir-bir xəbər verərək durumu Ona anlatdı. Kişi ikinci dəfə Sabitin yanına böyük bir müjdə ilə qayıtdı. Çünki Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) «Get onun yanına, ona de ki: “Sən Cəhənnəm əhlindən deyilsən, sən Cənnət əhlindənsən» deyə buyurdu.

[Səhih] - [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)] - [Sahihul-Buxari - 3613]

Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) Sabit bin Qeysi (Allah ondan razı olsun) bir neçə gün görməyincə səhabələrindən onu soruşdu. Bu zaman bir kişi: “Ey Allahın Rəsulu! Mən onun nə üçün görünmədiyini və başına nə hadisə gəldiyini öyrənib sənə xəbər verərəm” dedi. Kişi Sabitin evinə gedib onu başını aşağı əyib, hüzünlü bir halda oturduğunu görüncə: “Sənə nə olub?” deyə soruşdu. O da, özünə toxunmuş şər barədə xəbər verdi. Çünki o, səsini Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) səsindən daha yüksək qaldırırdı. Uca Allah bunu edənin aməlinin batil, özünün isə Cəhənnəm əhlindən olacağını xəbər vermişdir.
Kişi, Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gələrək durumu Ona anlatdı. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) də kişiyə bir daha Sabitin yanına getməsini və onun Cəhənnəm əhlindən deyil, Cənnət əhlindən olduğunu xəbər verməsini əmr etdi. Çünki Sabit bin Qeysin səsi yaradılışından etibarən gur idi və həmçinin o, Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) və Ənsarın xətibi idi.

Tərcümə: İngiliscə Urduca İndoneziya Uyğur Banqalca Türkcə Bosniya Sinhalese Hind dili vyetnam dili Taqaloqca Kürd Hausa Malaylamca Teluguca Svahili dili Tamilcə Birma Taylandca Puştu Assam Alban İsveç Amhar Holland dili Qücərat dili Qırğız Nepal Yoruba Litva Dari Serbiya Somali Kinyarvanda Rumın Çex Malaqasi İtalian Oromo Kanada Özbək Ukrain
Tərcümələrə baxmaq

Hədisin faydalarından

  1. Sabit bin Qeysin (Allah ondan razı olsun) fəziləti və onun Cənnət əhlindən olmasının bəyanı.
  2. Hədisdə, Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) səhabələrini görmədikdə onlar barədə soruşması və onlara önəm verməsi ifadə edilmişdir.
  3. Səhabələrin (Allah onlardan razı olsun) əməllərinin boşa çıxmasından dolayı qorxmaları.
  4. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) həyatda olarkən onunla danışarkən ədəbli olmağın, vəfatından sonra isə sünnəsini dinləyərkən səsin yüksəldilməməsinin vacib olması.