+ -

عَنِ الْبَرَاءِ رضي الله عنه:
عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ قَالَ فِي الْأَنْصَارِ: «لَا يُحِبُّهُمْ إِلَّا مُؤْمِنٌ، وَلَا يُبْغِضُهُمْ إِلَّا مُنَافِقٌ، مَنْ أَحَبَّهُمْ أَحَبَّهُ اللهُ وَمَنْ أَبْغَضَهُمْ أَبْغَضَهُ اللهُ».

[صحيح] - [متفق عليه] - [صحيح مسلم: 75]
المزيــد ...

Bəradan (Allah ondan razı olsun) belə söylədiyi rəvayət edilir:
Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) Ənsar haqqında belə dediyini rəvayət edilir: "Onları yalnız mömin sevər və münafiqdən başqa heç kim onlara nifrət etməz. Kim onları sevsə, Allah da onu sevər. Kim onlara nifrət edərsə, Allah da ona nifrət edər”.

[Səhih] - [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)] - [Sahihu Muslim - 75]

Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu ki, Mədinə əhlindən olan Ənsarı sevmək kamil imanın əlamətidir. Bu, onların İslamı və Peyğəmbəri (Allahın salavatı və salamı onun üzərinə olsun) dəstəkləməkdə öndə olmaları , müsəlmanlara sığınacaq vermək üçün çalışmaları və Allah yolunda mal və canlarını verdiklərinə görədir. Onlara nifrət etmək isə nifaq əlamətidir. ​ Sonra Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bəyan etdi ki, kim Ənsarı sevərsə, Allah da onu sevər, kim onlara nifrət edərsə, Allah da ona nifrət edər.

Hədisin faydalarından

  1. Bunda Ənsarlar üçün böyük fəzilət vardır. Çünki onları sevmək iman əlaməti və nifaqdan uzaq olmaq deməkdir.
  2. Allahın övliyalarını (dostlarını) sevmək və onlara dəstək vermək Allahın qulunu sevməsinin səbəbidir.
  3. İslama ilk girənlərin fəziləti.
Tərcümə: İngiliscə Urduca İspanca İndoneziya Uyğur Banqalca Fransızca Türkcə Rusca Bosniya Sinhalese Hind dili Çincə Farsca vyetnam dili Taqaloqca Kürd Hausa portuqalca Malaylamca Teluguca Svahili dili Tamilcə Taylandca Almanca Puştu Assam Alban İsveç Amhar Holland dili Qücərat dili Qırğız Nepal Yoruba Litva Dari Serbiya Somali Kinyarvanda Rumın Macar Çex الموري Malaqasi Oromo Kanada الولوف Ukrain الجورجية المقدونية
Tərcümələrə baxmaq