1. Ana səhifə
  2. Kateqoriyalar
  3. Əqidə

Hədis Sizlərdən birinizin yaradılışı (embrion) anasının bətnində qırx gündə cəm edilir

عَنْ أَبِي عَبْدِ الرَّحْمَنِ عَبْدِ اللَّهِ بْنِ مَسْعُودٍ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ:
حَدَّثَنَا رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَهُوَ الصَّادِقُ المَصْدُوقُ: «إِنَّ أَحَدَكُمْ يُجْمَعُ خَلْقُهُ فِي بَطْنِ أُمِّهِ أَرْبَعِينَ يَوْمًا، ثُمَّ يَكُونُ عَلَقَةً مِثْلَ ذَلِكَ، ثُمَّ يَكُونُ مُضْغَةً مِثْلَ ذَلِكَ، ثُمَّ يُرْسَلُ إلَيْهِ المَلَكُ فَيَنْفُخُ فِيهِ الرُّوحَ، وَيُؤْمَرُ بِأَرْبَعِ كَلِمَاتٍ: بِكَتْبِ رِزْقِهِ، وَأَجَلِهِ، وَعَمَلِهِ، وَشَقِيٍّ أَوْ سَعِيدٍ؛ فَوَالَّذِي لَا إلَهَ غَيْرُهُ إنَّ أَحَدَكُمْ لَيَعْمَلُ بِعَمَلِ أَهْلِ الجَنَّةِ حَتَّى مَا يَكُونُ بَيْنَهُ وَبَيْنَهَا إلَّا ذِرَاعٌ فَيَسْبِقُ عَلَيْهِ الكِتَابُ فَيَعْمَلُ بِعَمَلِ أَهْلِ النَّارِ فَيَدْخُلُهَا، وَإِنَّ أَحَدَكُمْ لَيَعْمَلُ بِعَمَلِ أَهْلِ النَّارِ حَتَّى مَا يَكُونُ بَيْنَهُ وَبَيْنَهَا إلَّا ذِرَاعٌ، فَيَسْبِقُ عَلَيْهِ الكِتَابُ فَيَعْمَلُ بِعَمَلِ أَهْلِ الجَنَّةِ فَيَدْخُلُهَا».

Əbu Abdurrahman Abdullah bin Məsud (Allah ondan razı olsun) belə demişdir:
Doğru söz sahibi və doğruluğu təsdiqlənmiş Allah Rəsulu (salləllahu aleyhi va səlləm) bizə belə buyurdu: "Sizlərdən birinizin yaradılışı (embrion) anasının bətnində qırx gündə cəm edilir, sonra həmin müddətdə laxtalanmış qana çevrilir, sonra növbəti qırx gündə ət parçasına çevrilir, sonra ona mələk göndərilir və mələk ona ruh üfürür. Ona dörd şeyi: ruzisini, əcəlini, əməlini, bədbəxt və ya xoşbəxt olacağını - yazmaq əmr edilir. Özündən başqa heç bir ilah olmayana and olsun ki, sizlərdən biriniz Cənnət əhlinin əməlini edər, onun Cənnətə daxil olmasına bir qarış qalmış, ana bətnində yazılmış qədəri onu qabaqlayar və o, Cəhənnəm əhlinin əməlini edərək Cəhənnəmə daxil olar. Sizlərdən biriniz Cəhənnəm əhlinin əməlini edər, onun Cəhənnəmə düşməsinə bir qarış qalmış, ana bətnində yazılmış qədəri onu qabaqlayar və o, Cənnət əhlinin əməlini edərək cənnətə daxil olar".

Səhih رواه البخاري ومسلم الأربعون النووية - 4

Şərh (izah)

Abdullah bin Məsud (Allah ondan razı olsun) dedi ki, sözlərində düzgün olan və doğruluğu Uca Allah tərəfindən təsdiqlənən Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bizə belə buyurdu: Sizlərdən birinizin yaradılışının mərhələləri bu şəkildədir: Kişi ilə qadın cinsi əlaqədə olduqda kişidən gələn sperma qadının rəhmində qırx gün nütfə (embrion) olaraq qalır. Sonra laxtalanmış qana çevrilir və bu ikinci qırx gündə baş verir. Sonra növbəti qırx gündə bir parça çeynənmiş ətə çevrilir. Sonra Allah üçüncü qırx günün sonunda mələk göndərir və mələk ona ruh üfürür. Bu mələyə dörd şeyi yazmaq əmr edilmişdir: İnsanın ömrü boyu əldə edəcək ruzisi, əcəli, yəni bu dünyada qalacaq müddət və əməlinin nəticəsi: xoşbəxt yaxud bədbəxt olacağı. Sonra Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) and içərək bildirir ki, bir kəs cənnət əhlinin əməlini görür, insanların gözündə əməlisaleh olur, onun cənnətə girməsinə bir arşın qalmış, ana bətnində yazılmış qədəri onu qabaqlayır və o cəhənnəm əhlinin əməlini görərək əməli bitmiş olur və cəhənnəmə daxil olur. Çünki əməlin qəbul olma şərti, onun üzərində sabit olmaq və dəyişdirməməkdir. Başqa bir qrup insan isə cəhənnəm əhlinin əməllərini edir, cəhənnəmə düşməyinə bir arşın qalmış, yazılmış qədəri onu qabaqlayır və o cənnət əhlinin əməlini görərək cənnətə daxil olur.

Hədisin faydalarından

  1. İnsanın yaradılış mərhələlərinin bəyanı.
  2. Qəza və qədərə iman.
  3. Hər bir məsələ sonda qədərdə yazıldığı kimi olur və təqdir edilən reallaşır.
  4. "Əməllərə güvənib aldanmamaq" - xəbərdarlığı, çünki əməllər sonuna görə dəyərləndirilir.

Tərcümələrə baxmaq

58 Dil
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
SI සිංහල السنهالية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
KY Кыргызча القيرقيزية
NE नेपाली النيبالية
LT Lietuvių الليتوانية
PRS دری الدرية
SR Српски الصربية
TG тоҷикӣ الطاجيكية
RW Kinyarwanda الكينياروندا
RO Română الرومانية
HU Magyar المجرية
CS Čeština التشيكية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
OM Oromoo الأورومو
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
UZ O‘zbek الأوزبكية
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
BM Bambara البامبارية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
DA Dansk الدنماركية
RN Kirundi الكيروندي
KMR Kurmancî الكرمنجية
MS Bahasa Melayu الملايو