عن أبي مسعود الأنصاري رضي الله عنه قال:
جَاءَ رَجُلٌ إِلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ: إِنِّي أُبْدِعَ بِي فَاحْمِلْنِي، فَقَالَ: «مَا عِنْدِي»، فَقَالَ رَجُلٌ: يَا رَسُولَ اللهِ، أَنَا أَدُلُّهُ عَلَى مَنْ يَحْمِلُهُ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «مَنْ دَلَّ عَلَى خَيْرٍ فَلَهُ مِثْلُ أَجْرِ فَاعِلِهِ».
[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 1893]
المزيــد ...
Əbu Məsud Əl Ənsaridən (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir:
Bir kişi Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gələrək dedi: "Mənim miniyim-heyvanım həlak oldu, mənə minik ver". Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Yoxumdur". Orada olan bir kişi dedi: "Ey Allahın Rəsulu, mən ona minik verəcək kimsəyə yönəldərəm" Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu: "Kim xeyirə yönəldərsə, o, xeyir iş görənlə əcrdə şərik olar."
[Səhih] - [Muslim rəvayət etdi] - [Sahihu Muslim - 1893]
Bir kişi Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gələrək dedi: Mənim miniyim həlak oldu, məni miniyə mindir və ya məni mənzilimə çatdıracaq bir minik ver. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) ona miniyinin olmadığını bildirdi. Orada iştirak edən bir kişi dedi ki, ey Allahın Rsəulu, mən onu minik verəcək birinə yönəldərəm. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) də onun əcrdə sədəqə edənlə şərik olması ilə müjdələyir, çünki o, ehtiyacı olan kəsi axtardığına yönləndirmişdir.