عن أبي هريرة رضي الله عنه:
أَنَّ رَجُلًا قَالَ لِلنَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: أَوْصِنِي، قَالَ: «لَا تَغْضَبْ» فَرَدَّدَ مِرَارًا قَالَ: «لَا تَغْضَبْ».
المزيد
Əbu Hureyradan (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir:
Bir kişi Allah Rəsuluna (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: Mənə nəsihət et. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) ona buyurdu:" Qəzəblənmə". Kişi istədiyini bir neçə dəfə təkrarladı, Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) yenə: "Qəzəblənmə" - dedi.