+ -

عَن عُمَرَ بنِ الخَطَّابِ رَضِيَ اللَّهُ عَنْهُ قال: سَمِعْتُ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ:
«لَا تُطْرُونِي كَمَا أَطْرَتِ النَّصَارَى ابْنَ مَرْيَمَ؛ فَإِنَّمَا أَنَا عَبْدُهُ، فَقُولُوا: عَبْدُ اللهِ وَرَسُولُهُ».

[صحيح] - [رواه البخاري] - [صحيح البخاري: 3445]
المزيــد ...

Ömər bin Xəttab - Allah ondan razı olsun - rəvayət edərək deyir ki, mən Peyğəmbərin -salləllahu aleyhi va səlləm- belə dediyini eşitdim:
"Xristianlar Məryəm oğlu İsanı ucaltdıqları (həddindən artıq tərifləməklə) kimi siz də məni ucaltmayın. Mən Allahın quluyam. (Mənə) Allahın qulu və Onun rəsulu deyin".

[Səhih] - [Əl-Buxari rəvayət etdi] - [Sahihul-Buxari - 3445]

Şərh (izah)

Peyğəmbər -salləllahu aleyhi va səlləm- xristianların Məryəm oğlu İsanı -aleyhissələm- şəriətin qoyduğu çərçivəni aşaraq ifrat dərəcədə təriflədiyi, onu Allahın vəsfləri və Ona aid felləri ilə vəsf etdiyi və onun qeybi bildiyini yaxud da Allah ilə birlikdə dua edilib yalvarılacağı kimi onun da bu cür ucaldılmasını qadağan etmişdir. Sonra özünün Allahın bir qulu olduğunu bildirərək özü barədə: Allahın qulu və Onun rəsulu deməyimizi əmr etmişdir.

Tərcümə: İngiliscə Urduca İspanca İndoneziya Uyğur Banqalca Fransızca Türkcə Rusca Bosniya Sinhalese Hind dili Çincə Farsca vyetnam dili Taqaloqca Kürd Hausa portuqalca Malaylamca Teluguca Svahili dili Tamilcə Birma Taylandca Almanca Yaponca Puştu Assam Alban İsveç Amhar Holland dili Qücərat dili Qırğız Nepal Yoruba Litva Dari Serbiya Somali Tacik Kinyarvanda Rumın Macar Çex Malaqasi İtalian Oromo Kanada Özbək Ukrain
Tərcümələrə baxmaq

Hədisin faydalarından

  1. Təzim və tərifləməkdə şəri hüdudların aşılması qadağan edilmişdir. Çünki bu, şirkə aparan bir yoldur.
  2. Peyğəmbərin -salləllahu aleyhi va səlləm- çəkindirdiyi şey artıq bu ümmətdə baş vermişdir. Belə ki, bir qrup insan Allah Rəsuluna -salləllahu aleyhi ve səlləm-, bir qrup insan əhli beytə, başqa bir qrup insan isə saleh kimsələrə olan sevgidə həddi aşaraq şirkə düşmüşlər.
  3. Allah Rəsulu -salləllahu aleyhi va səlləm- özünün Allahın qulu olduğunu və Allaha xas olan hər hansı bir xüsusiyyəti ona aid edilməsinin caiz olmadığını bəyan etmişdir.
  4. Peyğəmbər -salləllahu aleyhi va səlləm- özünü Allahın rəsulu kimi vəsf etmiş və onun Allah tərəfindən göndərilən bir elçi olduğunu göstərmək üçün ona inanmaq və tabe olmaq lazımdır