+ -

عَنْ ابْنِ عَبَّاسٍ رضي الله عنهما قَالَ:
قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ غَدَاةَ الْعَقَبَةِ وَهُوَ عَلَى نَاقَتِهِ: «الْقُطْ لِي حَصًى» فَلَقَطْتُ لَهُ سَبْعَ حَصَيَاتٍ، هُنَّ حَصَى الْخَذْفِ، فَجَعَلَ يَنْفُضُهُنَّ فِي كَفِّهِ وَيَقُولُ: «أَمْثَالَ هَؤُلَاءِ فَارْمُوا» ثُمَّ قَالَ: «أَيُّهَا النَّاسُ، إِيَّاكُمْ وَالْغُلُوَّ فِي الدِّينِ، فَإِنَّما أَهْلَكَ مَنْ كَانَ قَبْلَكُمْ الْغُلُوُّ فِي الدِّينِ».

[صحيح] - [رواه ابن ماجه والنسائي وأحمد] - [سنن ابن ماجه: 3029]
المزيــد ...

İbn Abbasdan (Allah hər ikisindən razı olsun) belə söylədiyi rəvayət edilir:
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) Əqabə gününün səhəri dəvəsinin üstündə ikən belə buyurdu: “Mənə daşlar topla.” Mən onun üçün atılacaq böyüklükdə yeddi daş topladım. Onları ovucunda silkələdi və dedi: “Bu böyüklükdə olanları atın!” Sonra dedi: “Ey insanlar, dində həddi aşmaqdan çəkinin, həqiqətən də sizdən əvvəlkiləri dində həddi aşmaqları məhv etdi”.

[Səhih] - [İbn Məcə, Ən-Nəsai və Əhməd rəvayət ediblər] - [Sünən İbn Məcəh - 3029]

Şərh (izah)

İbn Abbas (Allah hər ikisindən razı olsun) xəbər verir ki, o, Cəmarətul-Əqəbəyə daş atılan günün səhəri-Qurban bayramı günü, vida həccində Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yanında idi. ​ Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) ona çınqıl daşları yığmasını əmr etdi. O, da bir dənəsi noxud və ya fındıq böyüklüyündə olan yeddi daş topladı.Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) onları əlinə qoydu, sonra onları silkələdi və dedi: ​ bu böyüklükdə olanları atın. Sonra Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) dini məsələlərdə ifratçılıq, şiddətli olmaq və həddi aşmaqdan çəkindirdi. Çünki, əvvəlki ümmətləri yalnız dində həddi aşmaq, ifratçılıq və şiddətli olmaq həlak etmişdir.

Hədisin faydalarından

  1. Dində həddi aşmağın qadağan edilməsi, bunun pis aqibətinin və həlak səbəbi olmasının bəyan olunması.
  2. Bizdən öncəki ümmətlərin düşdüyü xətalardan qorunmaq üçün onlardan ibrət almaq.
  3. Sünnəyə tabe olmağa təşviq etmək.
Tərcümə: İngiliscə Urduca İspanca İndoneziya Uyğur Banqalca Fransızca Türkcə Rusca Bosniya Sinhalese Hind dili Çincə Farsca vyetnam dili Taqaloqca Kürd Hausa portuqalca Malaylamca Teluguca Svahili dili Taylandca Puştu Assam Alban İsveç Amhar Holland dili Qücərat dili Qırğız Nepal Yoruba Litva Dari Serbiya Somali Kinyarvanda Rumın Macar Çex الموري Malaqasi Oromo Kanada الولوف Ukrain الجورجية المقدونية
Tərcümələrə baxmaq