1. Ana səhifə
  2. Kateqoriyalar
  3. Əqidə

Hədis Sən Kitap əhli olan bir qövmə gedəcəksən. Onların yanına getdikdə, onları Allahdan başqa haqq bir ilah olmadığına, Muhammədin də Onun Rəsulu olduğuna şəhadət etməyə dəvət et

عَنِ ابْنِ عَبَّاسٍ رَضِيَ اللَّهُ عَنْهُمَا قَالَ:
قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لِمُعَاذِ بْنِ جَبَلٍ، حِينَ بَعَثَهُ إِلَى الْيَمَنِ: «إِنَّكَ سَتَأْتِي قَوْمًا أَهْلَ كِتَابٍ، فَإِذَا جِئْتَهُمْ فَادْعُهُمْ إِلَى أَنْ يَشْهَدُوا أَنْ لَا إِلَهَ إِلَّا اللهُ، وَأَنَّ مُحَمَّدًا رَسُولُ اللهِ، فَإِنْ هُمْ أَطَاعُوا لَكَ بِذَلِكَ، فَأَخْبِرْهُمْ أَنَّ اللهَ قَدْ فَرَضَ عَلَيْهِمْ خَمْسَ صَلَوَاتٍ فِي كُلِّ يَوْمٍ وَلَيْلَةٍ، فَإِنْ هُمْ أَطَاعُوا لَكَ بِذَلِكَ، فَأَخْبِرْهُمْ أَنَّ اللهَ قَدْ فَرَضَ عَلَيْهِمْ صَدَقَةً تُؤْخَذُ مِنْ أَغْنِيَائِهِمْ فَتُرَدُّ عَلَى فُقَرَائِهِمْ، فَإِنْ هُمْ أَطَاعُوا لَكَ بِذَلِكَ، فَإِيَّاكَ وَكَرَائِمَ أَمْوَالِهِمْ، وَاتَّقِ دَعْوَةَ الْمَظْلُومِ، فَإِنَّهُ لَيْسَ بَيْنَهُ وَبَيْنَ اللهِ حِجَابٌ».

İbn Abbasdan - Allah ondan və atasından razı olsun - rəvayət edilən bir hədisdə o belə demişdir:
Rəsulullah - salləllahu aleyhi va səlləm - Muaz bin Cəbəli Yəmənə göndərdiyi zaman ona belə buyurdu: "Sən Kitap əhli olan bir qövmə gedəcəksən. Onların yanına getdikdə, onları Allahdan başqa haqq bir ilah olmadığına, Muhammədin də Onun Rəsulu olduğuna şəhadət etməyə dəvət et. Əgər onlar bu işdə sənə tabe olsalar, Allahın onlara gün ərzində beş vaxt namaz qılmağı əmr etdiyini bildir. Əgər onlar bu işdə sənə tabe olsalar, onlara zənginlərdən alınıb fəqirlərə veriləcək olan zəkatı da fərz etdiyini bildir. Əgər onlar bu işdə də sənə tabe olsalar, bu zaman mallarının ən yaxşısını almaqdan çəkin! Məzlumun duasından qorx! Çünki məzlumun duası ilə Allah arasında heç bir pərdə yoxdur".

Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər) Sahihul-Buxari - 1496

Şərh (izah)

Allah Rəsulu - salləllahu aleyhi va səlləm - Muaz bin Cəbəli - Allah ondan razı olsun - Yəmənə Allahın dininə dəvət edən və müəllim olaraq göndərdiyi zaman xristian bir qövmlə qarşılaşacağını və onlara qarşı hazırlıqlı olmasını söyləmişdir. Sonra da onları ən önəmli olan xüsusdan başlayaraq dəvət etməsini nəsihət etmişdir. Allahdan başqa haqq bir ilah olmadığına, Muhammədin -salləllahu aleyhi va səlləm - də Onun Rəsulu olduğuna şahidlik edərək öncəliklə onların əqidələrini islah etməyə dəvət etmişdir. Çünki onlar, İslama şəhadət kəlməsini tələffüz edərək daxil olarlar. Əgər bunu qəbul edərlərsə, namaz qılmalarını onlara əmr et, çünki namaz tövhiddən sonra ən əzəmətli fərzdir. Əgər onlar namaz qılmağı qəbul edərlərsə, zənginlərinə mallarının zəkatını yoxsullara vermələrini əmr etmişdir. Sonra Allah Rəsulu - salləllahu aleyhi va səlləm - Muaz bin Cəbəli - Allah ondan razı olsun - zəkat olaraq onların mallarının ən yaxşısını götürməsindən çəkindirmişdir. Çünki fərz olan orta keyfiyyətdə olan mallardan zəkatın verilməsidir. Sonra Rəsulullah - salləllahu aleyhi va səlləm - Muaz bin Cəbələ - Allah ondan razı olsun - məzlumun ona bəd dua etməməsi üçün zülmdən çəkinməyi nəsihət etmişdir. Çünki məzlumun duası geri çevrilməz.

Hədisin faydalarından

  1. Lə iləhə illəllah şəhadətinin mənası Allahı ibadətdə təkləşdirmək və Ondan başqasına ibadət etməyi tərk etməkdir.
  2. Muhammədin - salləllahu aleyhi va səlləm - Allahın Rəsulu olduğuna şəhadət etmənin mənası isə ona və onun gətirdiklərinə iman edib təsdiqləmək və onun bəşəriyyətə göndərilən Allahın son Rəsulu olduğunu təsdiq etməkdir.
  3. Məlumatlı və şübhə içində olan kimsələrə xitab etmək cahil kəslərə xitab etmək kimi eyni deyildir. Buna görə də Allah Rəsulu - salləllahu aleyhi va səlləm - Muaz bin Cəbələ: "Sən Kitab əhli olan bir qövmə gedirsən" - deyərək onu xəbərdar etmişdir.
  4. Müsəlmanın şübhə sahiblərinin şübhələrindən xilas olması üçün dinində bəsirət sahibi olması önəmlidir. Bu da ancaq elm tələb etməklə mümkündür.
  5. Allah Rəsulunun - salləllahu aleyhi va səlləm - peyğəmbər olaraq göndərilməsindən sonra yəhudi və xristian dininin batil hesab olunmuşdur. Kitab əhli İslamı qəbul etmədikləri və Peyğəmbərə - salləllahu aleyhi va səlləm - iman gətirmədikləri müddətcə, qiyamət günü qurtuluş əhlindən olmayacaqlar.

Tərcümələrə baxmaq

69 Dil
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
UG ئۇيغۇرچە الأيغورية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
SI සිංහල السنهالية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
JA 日本語 اليابانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
KY Кыргызча القيرقيزية
NE नेपाली النيبالية
YO Yorùbá اليوروبا
LT Lietuvių الليتوانية
PRS دری الدرية
SR Српски الصربية
SO Soomaali الصومالية
TG тоҷикӣ الطاجيكية
RW Kinyarwanda الكينياروندا
RO Română الرومانية
HU Magyar المجرية
CS Čeština التشيكية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
FF Fulfulde الفولانية
IT Italiano الإيطالية
OM Oromoo الأورومو
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
BG Български البلغارية
EL Ελληνικά اليونانية
AK Akan الأكانية
UZ O‘zbek الأوزبكية
UK Українська الأوكرانية
KA ქართული الجورجية
LN Lingala اللينجالا
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
BM Bambara البامبارية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
DA Dansk الدنماركية
RN Kirundi الكيروندي
KMR Kurmancî الكرمنجية
MS Bahasa Melayu الملايو
Kateqoriyalar