+ -

عَنْ أَبِي سَعِيدٍ الخُدْرِيِّ رضي الله عنه أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:
«إِذَا سَمِعْتُمُ النِّدَاءَ، فَقُولُوا مِثْلَ مَا يَقُولُ المُؤَذِّنُ».

[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 611]
المزيــد ...

Əbi Səid Əl-Xudridən (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir:
" Azanı eşitdikdə müəzzinin dediklərini təkrar edin".

[Səhih] - [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)] - [Sahihul-Buxari - 611]

Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) müəzzini eşidərkən ona cavab verməyə təşviq etmişdir. Bu müəzzinin dediyinin ardınca cümlə cümlə təkrarlamağımızdir. Müəzzin təkbir edib Allahu əkbər dedikdə, biz də onun ardınca Allahu Əkbər deyirik, şəhadət kəliməsini söylədikdə ardınca biz də şəhadət kəliməsini söyləyirik. (Həyyə aləssaləh (Namaza tələsin), həyyə aləlfələh (nicata tələsin)) kəlmələri istisnadır: Bunlardan sonra: Allahdan başqa heç bir qüdrət və güc sahibi yoxdur" deyilməlidir.

Tərcümə: İngiliscə Urduca İspanca İndoneziya Uyğur Banqalca Fransızca Türkcə Rusca Bosniya Sinhalese Hind dili Çincə Farsca vyetnam dili Taqaloqca Kürd Hausa portuqalca Malaylamca Teluguca Svahili dili Taylandca Almanca Puştu Assam Alban İsveç Amhar Holland dili Qücərat dili Qırğız Nepal Yoruba Litva Dari Serbiya Somali Kinyarvanda Rumın Macar Çex الموري Malaqasi Oromo Kanada الولوف Ukrain الجورجية
Tərcümələrə baxmaq

Hədisin faydalarından

  1. Hədisin ümumi mənasına görə, bir neçə müəzzin olsa, birinci müəzzin bitirdikdən sonra ikinci müəzzinin ardınca təkrarlamaq məqsədə uyğundur.
  2. Ayaqyolunda və təbii ehtiyacı ödəmək istisna olmaqla, müəzzinə hər bir halda cavab verir.