+ -

عَنْ أَنَسٍ رضي الله عنه قَالَ:
جَاءَ رَجُلٌ إِلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ: يَا رَسُولَ اللهِ، مَا تَرَكْتُ حَاجَّةً وَلَا دَاجَّةً إِلَّا قَدْ أَتَيْتُ، قَالَ: «أَلَيْسَ تَشْهَدُ أَنْ لَا إِلَهَ إِلَّا اللهُ وَأَنَّ مُحَمَّدًا رَسُولُ اللهِ؟» ثَلَاثَ مَرَّاتٍ. قَالَ: نَعَمْ، قَالَ: «فَإِنَّ ذَلِكَ يَأْتِي عَلَى ذَلِكَ».

[صحيح] - [رواه أبو يعلى والطبراني والضياء المقدسي] - [الأحاديث المختارة للضياء المقدسي: 1773]
المزيــد ...

Ənəsdən (Allah ondan razı olsun) rəvayət ediliyinə görə belə dedi:
Bir kişi Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gələrək dedi:"Ey Allahın Rəsulu, böyük və kiçik günah nə varsa hamısını etmişəm. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) :Allahdan başqa ibadətə layiq haqq məbud olmadığına və Muhəmmədin Onun rəsulu olduğuna şahidlik etmirsənmi?" deyə bunu üç dəfə soruşdu. Adam: "Bəli" dedi. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun): "Şübhəsiz ki, bu o günahlara üstün gəlir." deyə cavab verdi.

[Səhih] - [Əbu Yalə, Ət-Tabarani, Əd-Diya Əl-Maqdisi rıvayət etdi] - [Əd-Diya Əl-Maqdisinin "Seçilmiş hədislər" əsəri - 1773]

Şərh (izah)

Bir kişi Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gələrək dedi: Ey Allahın Rəsulu, mən böyüklü kiçikli bütün günah və asiliklərdən etdim. Mən bağışlana bilərəmmi? Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) ona dedi: Məgər Allahdan başqa ibadətə layiq məbud olmadığına və Muhəmmədin Onun rəsulu olduğuna şahidlik etmirsənmi? Bunu üç dəfə təkrar etdi. Və adam: "Bəli şahidlik edirəm" deyə cavab verdi. Peyğəbmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) ona şəhadət kəliməsinin fəzilətini, günahları silməsini və tövbənin özündən öncəki günahları yox etməsini xəbər verdi .

Tərcümə: İngiliscə Urduca İspanca İndoneziya Uyğur Banqalca Fransızca Türkcə Bosniya Sinhalese Hind dili Farsca vyetnam dili Taqaloqca Kürd Hausa portuqalca Malaylamca Teluguca Svahili dili Tamilcə Birma Taylandca Almanca Puştu Assam Alban İsveç Amhar Holland dili Qücərat dili Qırğız Nepal Yoruba Litva Dari Serbiya Somali Tacik Kinyarvanda Rumın Macar Çex Malaqasi İtalian Oromo Kanada Özbək Ukrain
Tərcümələrə baxmaq

Hədisin faydalarından

  1. Şəhadət kəliməsinin əzəməti və günahların onun sidq qəlblə tələffüzü nəticəsində daha ağır gəlməsi.
  2. İslam özündən öncəki günahları silir
  3. Səmimi qəlbdən edilən tövbə, ondan öncə edilən günahları silir.
  4. Təlim əsnasında təkrar etmək, Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) irşadedici metodlarındandır.
  5. Şəhadət kəliməsinin fəziləti və o kəlimənin cəhənnəmdə əbədi qalmaqdan qurtuluş səbəbi olması.