1. Ana səhifə
  2. Kateqoriyalar
  3. Fəzilətli əməllər və ədəb-ərkanlar

Hədis Əgər siz Allaha layiqincə təvəkkül etsəniz, O sizə də ruzini səhər yuvasından ac çıxıb, (axşam) tox qayıdan quşun ruzisi kimi yetirər

عن عمر بن الخطاب رضي الله عنه قال: إنه سمع نبي الله صلى الله عليه وسلم يقول:
«لَو أَنَّكُمْ تَتَوَكَّلُونَ عَلَى اللهِ حَقَّ تَوَكُّلِهِ، لَرَزَقَكُمْ كَمَا يَرْزُقُ الطَّيْرَ، تَغْدُو خِمَاصًا وَتَرُوحُ بِطَانًا».

Ömər bin Əl-Xattabdan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir:
"Əgər siz Allaha layiqincə təvəkkül etsəniz, O sizə də ruzini səhər yuvasından ac çıxıb, (axşam) tox qayıdan quşun ruzisi kimi yetirər".

Səhih Ət-Tirmizi, İbnu Məcə və Əhməd rəvayət etdi Müsnəd Əhməd - 205

Şərh (izah)

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bizi dünyəvi və dini işlərdə faydalı əməllərə sarınmaqla və zərərli şeyləri dəf etməklə izzət və cəlal sahibi olan Allaha güvənməyə təşviq edir, çünki bizə neməti verən, onu bizdən uzaqlaşdıran, zərəri dəf edib, xeyiri bizə əta edən yalnız pak və Uca Allahdır. Allaha sidq qəlblə təvəkkül edib, zərərləri uzaqlaşdırmaq və faydaları əldə etmək üçün səbəblərdən yapışmalıyıq, bunu etdiymiz zaman Allah bizi, səhər ac ikən yuvasından çıxıb, sonra axşam qarnı tox qayıdan quşu ruziləndirdiyi kimi ruziləndirər. Quşun bu hərəkəti, tənbəllik etməyib və başqalarına arxayın olmayıb, ruzi ardınca getmə misallarından biridir.

Hədisin faydalarından

  1. Təvəkkülün fəziləti və onun ruzi əldə etməkdə ən böyük səbəblərdən biri olması.
  2. Təvvəkkül ilə səbəbləri yerinə yetirmək arasında ziddiyyət yoxdur, çünki bizə xəbər verir ki, həqiqi təvəkkül ilə səhər ruzi üçün yola çıxmaq təzad təşkil etmir.
  3. Şəriətin qəlb əməllərinə diqqəti, çünki təvəkkül qəlb əməlidir.
  4. Sadəcə səbəblərdən yapışmaq dində naqislikdir, səbəbləri tərk etmək isə ağılda naqislikdir.

Tərcümələrə baxmaq

69 Dil
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
UG ئۇيغۇرچە الأيغورية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
SI සිංහල السنهالية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
JA 日本語 اليابانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
KY Кыргызча القيرقيزية
NE नेपाली النيبالية
YO Yorùbá اليوروبا
LT Lietuvių الليتوانية
PRS دری الدرية
SR Српски الصربية
SO Soomaali الصومالية
TG тоҷикӣ الطاجيكية
RW Kinyarwanda الكينياروندا
RO Română الرومانية
HU Magyar المجرية
CS Čeština التشيكية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
FF Fulfulde الفولانية
IT Italiano الإيطالية
OM Oromoo الأورومو
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
BG Български البلغارية
EL Ελληνικά اليونانية
AK Akan الأكانية
UZ O‘zbek الأوزبكية
UK Українська الأوكرانية
KA ქართული الجورجية
LN Lingala اللينجالا
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
BM Bambara البامبارية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
DA Dansk الدنماركية
RN Kirundi الكيروندي
KMR Kurmancî الكرمنجية
MS Bahasa Melayu الملايو