+ -

عَن ابنِ عباسٍ رضي الله عنهما أنَّ رسولَ اللهِ صلي الله عليه وسلم قال:
«لَو يُعطَى النّاسُ بدَعواهُم لادَّعَى رِجالٌ أموالَ قَومٍ ودِماءَهُم، ولَكِنَّ البَيِّنَةَ على المُدَّعِى، واليَمينَ على مَن أنكَرَ».

[صحيح] - [رواه البيهقي] - [السنن الكبرى للبيهقي: 21243]
المزيــد ...

İbn Abbasdan (Allah ondan və atasından razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurduğu rəvayət edilir:
“İnsanlara iddialarına görə istədikləri verilsəydi, insanlar başqalarının malını və qanını tələb edərdilər, lakin dəlil iddia edənin, and isə inkar edənin üzərinə vacibdir”.

[Səhih] - - [السنن الكبرى للبيهقي - 21243]

Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) açıq-aydın bildirmişdir ki, əgər insanlara dəlil və sübut olmadan sadəcə iddiaları əsasında (istədikləri) verilsə idi, onlar başqalarının malını və qanını tələb edərdilər, lakin iddiaçıya tələb etdiyi şey üçün dəlil və sübut təqdim etməsi vacibdir. Əgər tələb etdiyi şeyə dəlil və sübutu yoxdursa, o zaman iddia, cavabdeh qismində olan şəxsə təqdim edilir. Əgər o, bunu inkar edərsə, o zaman and içməlidir və bununla da o, bəraət qazanar.

Hədisin faydalarından

  1. İbn Dəqiq Əl-İd (Allah ona rəhmət etsin) demişdir: Bu hədis şəriət hökmlərinin əsaslarından bir əsasdır, ixtilaf və mübahisə zamanı ən böyük qayıdış yeridir.
  2. Şəriət insanların malını və qanını manipulyasiyadan qorumaq üçün gəlmişdir.
  3. Hakim öz biliyinə əsaslanaraq hökm çıxarmır, yalnız sübutlara əsaslanır.
  4. İstər insanların hüquq və münasibətləri, istərsə də iman və elm məsələlərində olsun, dəlillərə əsaslanmayan bütün iddialar rədd olunur.
Tərcümə: İngiliscə Urduca İspanca İndoneziya Uyğur Banqalca Fransızca Türkcə Rusca Bosniya Sinhalese Hind dili Çincə Farsca vyetnam dili Taqaloqca Kürd Hausa portuqalca Malaylamca Teluguca Svahili dili Puştu Assam İsveç Holland dili Qücərat dili Qırğız Nepal Litva Serbiya Kinyarvanda Rumın Macar Çex الموري Kanada الولوف Ukrain الجورجية المقدونية
Tərcümələrə baxmaq
Əlavə