1. Ana səhifə
  2. Kateqoriyalar
  3. Əqidə

Hədis Onlar elə bir tayfadır ki, içərilərindən əməlisaleh bir qul və ya əməlisaleh kişi öldüyü zaman onun qəbri üzərində məscid tikərlər

عَنْ عَائِشَةَ أُمِّ المؤمنين رضي الله عنها:
أَنَّ أُمَّ سَلَمَةَ ذَكَرَتْ لِرَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَنِيسَةً رَأَتْهَا بِأَرْضِ الْحَبَشَةِ، يُقَالُ لَهَا مَارِيَةُ، فَذَكَرَتْ لَهُ مَا رَأَتْ فِيهَا مِنَ الصُّوَرِ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «أُولَئِكَ قَوْمٌ إِذَا مَاتَ فِيهِمُ الْعَبْدُ الصَّالِحُ، أَوِ الرَّجُلُ الصَّالِحُ، بَنَوْا عَلَى قَبْرِهِ مَسْجِدًا، وَصَوَّرُوا فِيهِ تِلْكَ الصُّوَرَ، أُولَئِكَ شِرَارُ الْخَلْقِ عِنْدَ اللهِ».

Möminlərin anası Aişədən (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir:
Ummu Sələmə Allahın Rəsuluna (Allahın salavatı və salamı onun üzərinə olsun) Həbəşistanda gördüyü Məriya adlanan bir kilsə və onun içərisində gördüyü təsvirlər barədə bəhs etdi. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) isə buyurdu: “Onlar elə bir tayfadır ki, içərilərindən əməlisaleh bir qul və ya əməlisaleh kişi öldüyü zaman onun qəbri üzərində məscid tikərlər və həmin təsvirləri orada çəkərlər. Onlar Allah dərgahında məxluqatın ən şərlisi və ən pisidir".

Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər) Sahihul-Buxari - 434

Şərh (izah)

Möminlərin anası Ummu Sələmə (Allah ondan razı olsun) Allah Rəsuluna (Allahın salavatı və salamı onun üzərinə olsun) Həbəşistan torpaqlarında Mariyə adlanan və içərisində təsvirlər, bəzəklər olan kilsə gördüyünü söylədi və təəccübünü bildirdi. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) da bu təsvirlərin kilsədə yerləşdirmə səbəblərini izah etdi və buyurdu ki: Sənin qeyd etdiyin həmin toplumda, əgər bir nəfər saleh insan dünyasını dəyişərsə onun qəbri üzərində məscid tikərlər, orada namaz qılarlar və həmin rəsmləri çəkərlər. Sonra da izah etdi ki, bunu edən Uca Allahın qatında məxluqatın ən pisidir, çünki bu əməl Uca Allaha şərik qoşmağa gətirib çıxarır.

Hədisin faydalarından

  1. Şirkə aparan vasitələrin qarşısını almaq məqsədi ilə qəbirlər üzərində məscid tikməyin, orada namaz qılmağın və ya məscidlərdə cənazəni dəfn etməyin haram olması.
  2. Məscidləri qəbirlər üzərində inşa etmək, orada təsvirlər həkk etmək yəhudi və xristianların əməllərindəndir, bunu edən isə onlara bənzəmiş olar.
  3. Ruhu olan yaradılmışların rəsmlərini çəkməyin haram olması.
  4. Kim qəbir üzərində məscid inşa edər, içərisində şəkillər çəkərsə, uca Allahın ən şərli məxluqlarındandır.
  5. Şəriətin, şirkə apara biləcək bütün vasitələrin qarşısını almaqla tövhid cinahını kamil surətdə himayə etməsi.
  6. Salehlərin şənini, zatını şişirtməyin qadağan edilməsi, çünki bu şirkə düşməyə səbəbdir.

Tərcümələrə baxmaq

60 Dil
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
UG ئۇيغۇرچە الأيغورية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
SI සිංහල السنهالية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
JA 日本語 اليابانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
KY Кыргызча القيرقيزية
NE नेपाली النيبالية
YO Yorùbá اليوروبا
LT Lietuvių الليتوانية
PRS دری الدرية
SR Српски الصربية
SO Soomaali الصومالية
TG тоҷикӣ الطاجيكية
RW Kinyarwanda الكينياروندا
RO Română الرومانية
HU Magyar المجرية
CS Čeština التشيكية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
OM Oromoo الأورومو
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
UZ O‘zbek الأوزبكية
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
BM Bambara البامبارية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
KMR Kurmancî الكرمنجية