Kateqoriya: Əqidə . Adlar və hökmlər . İslam .
+ -

عَنْ عَائِشَةَ رضي الله عنها قَالَتْ:
قُلْتُ: يَا رَسُولَ اللهِ، ابْنُ جُدْعَانَ كَانَ فِي الْجَاهِلِيَّةِ يَصِلُ الرَّحِمَ، وَيُطْعِمُ الْمِسْكِينَ، فَهَلْ ذَاكَ نَافِعُهُ؟ قَالَ: «لَا يَنْفَعُهُ، إِنَّهُ لَمْ يَقُلْ يَوْمًا: رَبِّ اغْفِرْ لِي خَطِيئَتِي يَوْمَ الدِّينِ».

[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 214]
المزيــد ...

Aişədən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə belə dedi:
Dedim: "Ey Allahın Rəsulu, ibn Cud'an cahiliyyədə qohumluq əlaqələri saxlayır, yoxsulu yedizdirərdi , bu ona fayda verəcəkmi? Dedi: Fayda verməyəcək, çünki o, bir gün olsa belə, "Rəbbim! Qiyamət günü günahlarımı bağışla" söyləməyib."

[Səhih] - [Muslim rəvayət etdi] - [Sahihu Muslim - 214]

Şərh (izah)

Peyğəmbərimiz (Allahın salavatı və salamı onun üzərinə olsun), İslamdan öncə Qureyşin böyüklərindən olan Abdullah bin Cud'andan xəbər vermişdir. Gözəl əməllərindən: Qohumluq əlaqələrini möhkəmlətmək, onlara xeyirxahlıq etmək, yoxsulları yedizdirmək və digər İslamın təşviq etdiyi fəzilətli əməlləri var idi. Lakin, Allaha küfr etdiyi üçün və bir gün olsun belə "Allahım Qiyamət günü günahlarımı bağışla" söyləmədiyinə görə bu əməllər ona axirətdə fayda verməyəcək.

Tərcümə: İngiliscə Urduca İspanca İndoneziya Uyğur Banqalca Fransızca Türkcə Rusca Bosniya Sinhalese Hind dili Farsca vyetnam dili Taqaloqca Kürd Hausa portuqalca Malaylamca Teluguca Svahili dili Tamilcə Birma Taylandca Almanca Puştu Assam Alban İsveç Amhar Holland dili Qücərat dili Qırğız Nepal Yoruba Litva Dari Serbiya Somali Tacik Kinyarvanda Rumın Macar Çex الموري Malaqasi İtalian Oromo Kanada الولوف البلغارية اليونانية Özbək Ukrain الجورجية اللينجالا المقدونية
Tərcümələrə baxmaq

Hədisin faydalarından

  1. İmanın fəzilətinin bəyanı və onun əməllərin qəbulu üçün şərt olması
  2. Küfrün şər olması və onun saleh əməlləri batil etməsinin bəyanı.
  3. Allaha və axirət gününə iman gətirmədikləri üçün kafirlərə əməlləri axirətdə fayda verməyəcək.
  4. İnsanın küfr halında ikən etdiyi yaxşı əməllər müsəlman olduqda ona savab kimi yazılır və bu əməllərə görə mukafatlanacaq.