+ -

عن أبي هريرة رضي الله عنه: أن رسول الله صلى الله عليه وسلم قال:
«لَا تَجْعَلُوا بُيُوتَكُمْ مَقَابِرَ، إِنَّ الشَّيْطَانَ يَنْفِرُ مِنَ الْبَيْتِ الَّذِي تُقْرَأُ فِيهِ سُورَةُ الْبَقَرَةِ».

[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 780]
المزيــد ...

Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir:
"Evlərinizi qəbirstanlığa çevirməyin. Həqiqətən şeytan Bəqərə surəsi oxunan evdən qaçır. "

[Səhih] - [Muslim rəvayət etdi] - [Sahihu Muslim - 780]

Şərh (izah)

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) evlərdə namaz qılınmasının tərkini qadağan etmişdir. Çünki namaz qılınmayan ev qəbirstanlıq kimidir.
Sonra Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, şeytan Bəqərə surəsi oxunan evdən qaçar.

Tərcümə: İngiliscə Urduca İspanca İndoneziya Uyğur Banqalca Fransızca Türkcə Rusca Bosniya Sinhalese Hind dili Çincə Farsca vyetnam dili Taqaloqca Kürd Hausa portuqalca Malaylamca Teluguca Svahili dili Tamilcə Birma Taylandca Almanca Yaponca Puştu Assam Alban İsveç Amhar Holland dili Qücərat dili Qırğız Nepal Yoruba Litva Dari Serbiya Somali Tacik Kinyarvanda Rumın Macar Çex الموري Malaqasi İtalian Kanada الولوف البلغارية Ukrain الجورجية
Tərcümələrə baxmaq

Hədisin faydalarından

  1. Evlərdə ibadətləri və nafilə namazlarını çoxaltmağın müstəhəb olması.
  2. Qəbirstanlıqda namaz qılmaq icazəli deyil, çünki şirkə sürükləyən vasitələrdəndir və həmçinin qəbirdəkilərin şənini ifrat etməkdir. Orada yalnız cənazə namazı icazəlidir.
  3. Qəbirlər olan yerdə namaz qılmağın qadağan edilməsi sahabələr arasında artıq aydın məsələ idi. Buna görə də Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) evləri, qəbirstanlıqlarda olduğu kimi namaz qılınmayan məkana çevirməyi qadağan etmişdir.