عن ابنِ عُمَرَ رضي الله عنهما قال: قال رسولُ الله صلَّى الله عليه وسلم:
«مَن تَشَبَّهَ بِقَوْمٍ فَهُوَ مِنْهُمْ».
[حسن] - [رواه أبو داود وأحمد] - [سنن أبي داود: 4031]
المزيــد ...
İbn Ömərdən (Allah onların hər ikisindən də razı olsun) belə dediyi rəvayət edilir: Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi:
"Kim özünü bir topluma oxşadarsa, o da onlardandır"
[Həsən] - [Əbu Davud, Əhməd rəvayət ediblər] - [Sünən Əbi Davud - 4031]
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, kim kafirlər, fasiqlər yaxud salehlərdən bir camaata özünü bənzədərsə- belə ki, onların əqidə, ibadət və adətlərindəki xüsusiyyətlərdən birini edərsə, o da onlardandır, çünki, onlara zahirdə bənzəmək daxilən bənzəməyə aparır- şübhə yoxdur ki, bir camaata özünü oxşatmaq onlara heyranlıqdan doğur- bəzən də onlara məhəbbət bəsləməyə, onları ucaltmağa, onlara güvənməyə, daxildə və ibadətdə onlara bənzəməyə aparıb çıxarır. Bundan Allaha sığınırıq.