عن أبي هريرة رضي الله عنه قال: سمعت رسول الله صلى الله عليه وسلم يقول:
«حَقُّ الْمُسْلِمِ عَلَى الْمُسْلِمِ خَمْسٌ: رَدُّ السَّلَامِ، وَعِيَادَةُ الْمَرِيضِ، وَاتِّبَاعُ الْجَنَائِزِ، وَإِجَابَةُ الدَّعْوَةِ، وَتَشْمِيتُ الْعَاطِسِ».
[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 1240]
المزيــد ...
Əbu Hureyradən - Allah ondan razı olsun - rəvayət edildiyinə görə, belə demişdir: Mən Allah Rəsulunun - salləllahu aleyhi va səlləm - belə dediyini eşitdim:
"Müsəlmanın müsəlman üzərində beş haqqı vardır: Salamını almaq, xəstələndiyində ziyarət etmək, cənazəsini müşayiət etmək, dəvətinə icabət etmək və asqırdıqda: (əlhəmdu-li-Lləh) deyənə: (yərhəmukə-Llah) (yəni: Allah sənə rəhmət etsin) deməkdir".
[Səhih] - [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)] - [Sahihul-Buxari - 1240]
Peyğəmbər - salləllahu aleyhi va səlləm - bu hədisdə bir müsəlmanın müsləman qardaşı üzərindəki haqqlarından bəzilərini bəyan etmişdir. Bu haqqlardan birincisi, salam verən kimsənin salamını almaqdır.
İkincisi: Xəstənin ziyarət edilməsidir.
Üçüncüsü: Cənazəni evindən cənazə namazı qılınan yerə gətirilməsinə, oradan da məzarlığa dəfn edilməsinə qədər müşayiət etməkdir.
Dördüncüsü: Toya və s. buna bənzər məclislərə dəvət ediləndə qardaşının dəvətinə icabət etməkdir.
Beşincisi: Asqırdıqda: (əlhəmdu-li-Lləh) deyən kimsəyə: (yərhəmukə-Llah) (yəni: Allah sənə rəhm etsin) deməkdir. Asqıran kimsə də buna cavab olaraq: (yəhdikumu-Llahu va yuslih bələkum) (yəni: Allah sizi doğru yola yönəltsin və halınızı islah etsin) deyə cavab verir.