1. Ana səhifə
  2. Kateqoriyalar
  3. Əqidə

Hədis Günəşin üzərinə doğduğu ən xeyirli gün cümə günüdür

عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ:
«خَيْرُ يَوْمٍ طَلَعَتْ عَلَيْهِ الشَّمْسُ يَوْمُ الْجُمُعَةِ، فِيهِ خُلِقَ آدَمُ، وَفِيهِ أُدْخِلَ الْجَنَّةَ، وَفِيهِ أُخْرِجَ مِنْهَا، وَلَا تَقُومُ السَّاعَةُ إِلَّا فِي يَوْمِ الْجُمُعَةِ».

Əbu Hureyradan (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir:
"Günəşin üzərinə doğduğu ən xeyirli gün cümə günüdür, Adəm həmin gün yaradılıb, həmin gün Cənnətə daxil edilib, həmin gün oradan çıxarılıb və Qiyamət yalnız cümə günü qopacaq».

Səhih Muslim rəvayət etdi Sahihu Muslim - 854

Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, günəşin üzərinə doğduğu ən xeyirli gün cümə günüdür. Onun xüsusiyyətlərindən: Allah Adəmi o gündə yaratdı və o gündə onu Cənnətə daxil etdi və o gündə onu oradan çıxarıb yerə endirdi və Qiyamət yalnız cümə günündə qopacaq.

Hədisin faydalarından

  1. Cümə gününün həftənin digər günləri üzərində olan üstünlüyü.
  2. Cümə günü saleh əməllərə həvəsləndirmək və çoxaltmaq, Uca Allahın rəhmətinə nail olmaq və qəzəbini dəf etmək üçün hazırlaşmaq.
  3. Deyilir ki, hədisdə qeyd olunan cümə gününün bu xüsusiyyətləri: cümə gününün fəzilətini qeyd etmək üçün deyildir, çünki Adəmin cənnətdən çıxarılması və qiyamətin qopması fəzilət sayılmır. (Digər bir görüşə görə isə) deyilir: Əksinə, onların hamısı fəzilətdir və Adəmin cənnətdən çıxması elçilər, peyğəmbərlər və salehlərin nəslinin mövcüd olmasının səbəbidir. Qiyamətin qopması isə salehlərin mükafatının tezləşdirilməsi və Allahın onlar üçün hazırladığı kəramətlərə çatmaları üçün səbəbdir.
  4. Cümə gününün, bu rəvayətdə qeyd olunanlardan başqa digər xüsusiyyətləri də qeyd edilmişdir. Onlardan bəziləri: O gün Adəmin tövbəsi qəbul edildi, o gün vəfat etdi və o gündə elə bir saat vardır ki, həmin saata müvafiq olan və namaz qılaraq Allahdan bir şey istəyən mömin bəndəyə, Allah o şeyi verər.
  5. İlin ən fəzilətli günü Ərafə günüdür və (digər bir görüşə görə) deyilir ki: Qurban bayramı günüdür. Və həftənin ən fəzilətli günü cümə günü, ən fəzilətli gecə isə Qədr gecəsidir.

Tərcümələrə baxmaq

56 Dil
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
BN বাংলা البنغالية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
SI සිංහල السنهالية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
KY Кыргызча القيرقيزية
NE नेपाली النيبالية
YO Yorùbá اليوروبا
LT Lietuvių الليتوانية
PRS دری الدرية
SR Српски الصربية
SO Soomaali الصومالية
TG тоҷикӣ الطاجيكية
RW Kinyarwanda الكينياروندا
RO Română الرومانية
HU Magyar المجرية
CS Čeština التشيكية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
OM Oromoo الأورومو
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
UZ O‘zbek الأوزبكية
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
KMR Kurmancî الكرمنجية