1. Ana səhifə
  2. Kateqoriyalar
  3. Əqidə

Hədis Sizlərə tərk etdiyim (haqqında əmr və qadağa gəlməyən) şeylərdə məni rahat buraxın (artıq suallar verməyin). Sizdən öncəkilər verdikləri sual və peyğəmbərlərinə müxalif olmaları səbəbi ilə həlak oldular

عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه عَنِ النَّبِيِّ صلى الله عليه وسلم قَالَ:
«دَعُونِي مَا تَرَكْتُكُمْ، إِنَّمَا هَلَكَ مَنْ كَانَ قَبْلَكُمْ بِسُؤَالِهِمْ وَاخْتِلَافِهِمْ عَلَى أَنْبِيَائِهِمْ، فَإِذَا نَهَيْتُكُمْ عَنْ شَيْءٍ فَاجْتَنِبُوهُ، وَإِذَا أَمَرْتُكُمْ بِأَمْرٍ فَأْتُوا مِنْهُ مَا اسْتَطَعْتُمْ».

Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edilir ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu:
"Sizlərə tərk etdiyim (haqqında əmr və qadağa gəlməyən) şeylərdə məni rahat buraxın (artıq suallar verməyin). Sizdən öncəkilər verdikləri sual və peyğəmbərlərinə müxalif olmaları səbəbi ilə həlak oldular, buna görə də sizə bir şeyi qadağan etdikdə ondan uzaq durun, bir şeyi əmr etdikdə onu bacardığınız qədər yerinə yetirin".

Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər) Sahihul-Buxari - 7288

Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu ki, şəriət hökmləri üç qismə bölünür: Haqqında susulmuş hökmlər, qadağalar və əmrlər.
Birinciyə gəlincə: o şəriətin haqqında susduğu şeydir: belə ki, onun haqqında hökm yoxdur və əşyalarda əsl olan onların vacib olmamasıdır; Onun (Allahın salavatı və salamı onun üzərinə olsun) zamnında baş verməyən bir şey haqqında, həmin şeyin vacib və ya haram edilməsi hökmü nazil olmaması üçün soruşmaqdan çəkinmək gərəkirdi, çünki Allah bu şeyləri bəndələrinə olan rəhmətindən dolayı tərk etmişdir. Lakin, onun (Allahın salavatı və salamı onun üzərinə olsun) vəfatından sonra əgər sual din məsələsində ehtiyac duyulan şeylər üçün fətva almaq və ya öyrənmək üçündürsə, bu icazəlidir və hətta əmr edilmişdir. Lakin, inad və çətinləşdirmə formasında olarsa, bu hədisdə qadağan edilən sualdan qəsd elə budur. Çünki, bu İsrail övladlarının başına gələnin bənzərinə gətirib çıxara bilər. Belə ki, onlara bir inək kəsmək əmr edildi və əgər onlar hər hansı bir inək kəssəydilər, buna əməl etmiş olardılar, lakin onlar bu məsələni (əlavə suallar verməklə) çətinləşdirdilər və onlar üçün (hökmlər) çətinləşdirildi.
İkinci: Qadağalar; onlar o əməllərdir ki: onları tərk edən mükafatlandırılar və onları işləyən isə cəzalandırılar, buna görə də onların hamısından çəkinmək vacibdir.
Üçüncü: Əmrlər; onlar o əməllərdir ki: onu edən mükafatlandırılar, onu tərk edən isə cəzalandırılar, ona görə də bacarıldığı qədər bu əməllər edilməlidir.

Hədisin faydalarından

  1. Ehtiyac duyulan ən vacib olanla məşğul olmaq, hazırda ehtiyac olmayan şeyləri tərk etmək və baş verməyən şeylər haqqında sual verməklə məşğul olmamaq lazımdır.
  2. Məsələləri çətinləşdirə biləcək sual verməyin və çoxlu ixtilafa səbəb olacaq şübhələr qapısını açmağın haramlılığı.
  3. Bütün qadağaları tərk etmək əmr edilmişdir; çünki onu tərk etməyin heç bir çətinliyi yoxdur və buna görə də onun qadağan edilməsi ümumidir.
  4. Əmr olunanı bacarılan miqdarda yerinə yetirməyin tələb edilməsi; çünki onu yerinə yetirmək çətin və ya mümkünsüz ola bilər. Buna görə də o bacarılan miqdarda əmr edilib.
  5. Çox sual verməyin qadağan edilməsi. Alimlər sualı iki qismə bölmüşdür: Onlardan biri: Din məsələsində ehtiyac duyulan şeyləri öyrənmək üçün olandır ki, bunun özü əmr edilmişdir. Səhabələrin sualları da bu növdəndir. İkincisi: İnadkarlıq və çətinləşdirmə şəklində olan suallar və bu növ qadağan olunandır.
  6. Bu ümmət, öncəki ümmətlərin etdiyi kimi edib peyğəmbərinə müxalif olmaqdan qadağan edilmişdir.
  7. Ehtiyac olmayan şeylərdə, xüsusən də yalnız Allahın bildiyi qeybi məsələlər və Qiyamət gününün halları kimi əl çatmayan işlərdə çoxlu sual vermək və peyğəmbərlərə müxalif olmaq həlak olmağın səbəbidir.
  8. Çətin məsələlərdə sual verməyin qadağan edilməsi, əl-Əvzəi demişdir: "Allah qulunu elmin bərəkətindən məhrum etmək istəyərsə, onun dilinə mübahisə etməyi salar, mən onların insanların ən az elmlisi olduğunu gördüm". İbn Vəhb demişdir: Malikin belə dediyini eşitdim: "Elmdə mübahisə etmək, insanın qəlbindən elm nurunu aparar".

Tərcümələrə baxmaq

61 Dil
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
SI සිංහල السنهالية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
JA 日本語 اليابانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
KY Кыргызча القيرقيزية
NE नेपाली النيبالية
YO Yorùbá اليوروبا
LT Lietuvių الليتوانية
PRS دری الدرية
SR Српски الصربية
SO Soomaali الصومالية
TG тоҷикӣ الطاجيكية
RW Kinyarwanda الكينياروندا
RO Română الرومانية
HU Magyar المجرية
CS Čeština التشيكية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
OM Oromoo الأورومو
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
UZ O‘zbek الأوزبكية
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
BM Bambara البامبارية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
DA Dansk الدنماركية
RN Kirundi الكيروندي
KMR Kurmancî الكرمنجية
MS Bahasa Melayu الملايو