+ -

عن أبي هريرة رضي الله عنه أن رسول الله صلى الله عليه وسلم قال:
«حُجِبَتِ النَّارُ بِالشَّهَوَاتِ، وَحُجِبَتِ الْجَنَّةُ بِالْمَكَارِهِ».

[صحيح] - [رواه البخاري] - [صحيح البخاري: 6487]
المزيــد ...

Əbu Hureyradən -Allah ondan razı olsun- rəvayət edildiyinə görə, Allah Rəsulu -salləllahu aleyhi va səlləm- belə buyurmuşdur:
"Cəhənnəm şəhvətlərlə(nəfsə xoş gələn şeylərlə), Cənnət isə nəfsin istəmədiyi şeylərlə əhatə edilmişdir".

[Səhih] - [Əl-Buxari rəvayət etdi] - [Sahihul-Buxari - 6487]

Şərh (izah)

Peyğəmbər -salləllahu aleyhi va səlləm- Cəhənnəmin haramları etmək və fərzlərə laqeyd və səhlənkar yanaşmaq kimi nəfsin arzuladığı şeylər ilə əhatə edildiyini xəbər vermişdir. Kim nəfsinin istəklərinə uyarsa, Cəhənnəmə layiq olar. Cənnət isə əmr edilənləri yerinə yetirməyə səbr etmək, haramları tərk edib bunda qərarlı olmaq kimi nəfsin xoş görmədiyi şeylər ilə əhatə edilmişdir. Kim bu çətin yolları aşar və bu işdə nəfsi ilə mücadələ edərsə,Cənnətə daxil olmağa layiq olar.

Tərcümə: İngiliscə Urduca İspanca İndoneziya Uyğur Banqalca Fransızca Türkcə Rusca Bosniya Sinhalese Hind dili Çincə Farsca vyetnam dili Taqaloqca Kürd Hausa portuqalca Malaylamca Teluguca Svahili dili Tamilcə Birma Taylandca Almanca Yaponca Puştu Assam Alban İsveç Amhar Holland dili Qücərat dili Qırğız Nepal Yoruba Litva Dari Serbiya Somali Tacik Kinyarvanda Rumın Macar Çex الموري Malaqasi İtalian Oromo Kanada الولوف البلغارية الأكانية Özbək Ukrain الجورجية اللينجالا المقدونية
Tərcümələrə baxmaq

Hədisin faydalarından

  1. İnsanı şəhvətinin arxasınca sürükləyən səbəblərdən biri də şeytanın insana şər və çirkin şeyləri gözəl göstərməsidir. Beləcə, nəfs onu gözəl görür və ona meyil edir.
  2. Hədisdə nəfsə xoş gələn haramlardan uzaq durmaq əmr edilmişdir. Çünki bu, Cəhənnəmə aparan yoldur. Həmçinin nəfsə xoş gəlməyən şeylərə də səbr etmək əmr edilmişdir.Çünki bu da Cənnətə aparan yoldur.
  3. Hədisdə nəfslə mücadilə etməyin, ibadətlərə həris olmağın, nəfsin xoşlamadığı şeylərə və itaətləri əhatə edən çətinliklərə səbr etməyin fəziləti bəyan edilmişdir.