عَنْ المُغِيرَةِ رضي الله عنه قَالَ:
كُنْتُ مَعَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي سَفَرٍ، فَأَهْوَيْتُ لِأَنْزِعَ خُفَّيْهِ، فَقَالَ: «دَعْهُمَا، فَإِنِّي أَدْخَلْتُهُمَا طَاهِرَتَيْنِ» فَمَسَحَ عَلَيْهِمَا.

Muğiradan (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir:
Peyğəmbərlə (Allahın salavatı və salamı onun üzərinə olsun) səfərlərdən birində idim, (o dəstəmaz alarkən) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) (ayağını yuması üçün onun ayağındakı) xuflarını çıxartmaq üçün əllərimi uzatdım, bu zaman belə dedi: "Onları çıxarma, çünki mən təharətli (dəstəmazlı) olarkən onları geymişəm". Sonra onlara məsh çəkdi.

Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər) Sahihul-Buxari - 206

Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) səfərlərdən birində idi və dəstəmaz aldı. Ayaqların yumasına çatdıqda, Muğirə bin Şubə (Allah ondan razı olsun) əllərini uzadaraq, Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) ayağını yumaq üçün onun ayağındakı xufları çıxartmaq istədi. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) ona belə buyurdu: Onları çıxarma, çünki, mən təharətli (dəstəmazlı) olarkən onları geymişəm. Beləliklə, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) ayaqlarını yumaq əvəzinə xuflarına məsh çəkdi.

Hədisin faydalarından

  1. Dəstəmazı gərəkdirən amillərdən dəstəmaz alarkən xufların üzərinə məsh çəkməyə izn verilməsi, lakin qüsl tələb olunan hallarda ayaqları yumaq vacibdir.
  2. Məsh, yaş əli bir dəfə xufların altına deyil, üstünə sürtməklə olur.
  3. Xoflar üzərinə məsh çəkmək üçün şərt, ayaqları su ilə yuyub dəstəmazı tam bitirdikdən sonra geyinmək, həmçinin xufların pak olması, ayağdakı yuyulması vacib olan hissələrini örtməsidir. Həmçinin sidik və nəcis ifrazından sonra xuflara məsh etmək icazəlidir, lakin cənabəti və ya qüslü vacib edən halları aradan qaldırmaq üçün bədənin hər yeri yuyulmalıdır. Məsh çəkmək üçün digər bir şərt isə şəriətin müəyyən etdiyi müddətdir - yəni səfərdə olmayan şəxslər üçün bir gün, bir gecə, səfərdə olanlar üçün isə üç gün, üç gecədir.
  4. Ayaqları örtən corab və ya buna bənzər şeylər də xuflara qiyas edilərək onlara da məsh çəkilir.
  5. Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) gözəl əxlaqı və təlimi, belə ki, Muğiranı xufları çıxarmağa qoymadı və narahat olmasın deyə və bu əhkamı bilsin deyə bildirdi ki, onları dəstəmaz aldıqdan sonra geyinib.

Tərcümələrə baxmaq

58 Dil
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
UG ئۇيغۇرچە الأيغورية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
SI සිංහල السنهالية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
KY Кыргызча القيرقيزية
NE नेपाली النيبالية
YO Yorùbá اليوروبا
LT Lietuvių الليتوانية
PRS دری الدرية
SR Српски الصربية
SO Soomaali الصومالية
TG тоҷикӣ الطاجيكية
RW Kinyarwanda الكينياروندا
RO Română الرومانية
HU Magyar المجرية
CS Čeština التشيكية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
OM Oromoo الأورومو
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
UZ O‘zbek الأوزبكية
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
KMR Kurmancî الكرمنجية