+ -

عَنْ عَبْدِ اللهِ بْنِ عَمْرِو بْنِ الْعَاصِ رضي الله عنهما قَالَ: سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ:
«كَتَبَ اللهُ مَقَادِيرَ الْخَلَائِقِ قَبْلَ أَنْ يَخْلُقَ السَّمَاوَاتِ وَالْأَرْضَ بِخَمْسِينَ أَلْفَ سَنَةٍ، قَالَ: وَعَرْشُهُ عَلَى الْمَاءِ».

[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 2653]
المزيــد ...

Abdullah bin Amr bin Asdan (Allah onlardan razı olsun) rəvayət edildiyinə görə belə dedi: Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitdim:
Allah məxluqatın qədərini, yeri və göyləri yaratmazdan əlli min il öncə yazmışdır və (o zaman) Ərşi suyun üzərində idi.

[Səhih] - [Muslim rəvayət etdi] - [Sahihu Muslim - 2653]

Şərh (izah)

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, Allah yeri və göyləri yaratmazdan əlli min öncə məxluqatın qədəriylə əlaqəli olan; həyat, ölüm, ruzi və digər baş verəcəkləri lövhu məhfuzda təfsilatı ilə yazmışdır və bütün bunlar, izzət və cəlal sahibi olan Allahın yazdığı kimi baş verir. Hər baş verən və olan Allahın qəza və təqdiriylədir. Qul üçün təqdir edilən şey ondan yan keçməz, ona yazılmayan şey isə onun başına gəlməz.

Tərcümə: İngiliscə Urduca İspanca İndoneziya Uyğur Banqalca Fransızca Türkcə Rusca Bosniya Sinhalese Hind dili Farsca vyetnam dili Taqaloqca Kürd Hausa portuqalca Malaylamca Teluguca Svahili dili Tamilcə Birma Taylandca Almanca Puştu Assam Alban İsveç Amhar Holland dili Qücərat dili Qırğız Nepal Yoruba Litva Dari Serbiya Somali Tacik Kinyarvanda Rumın Macar Çex الموري Malaqasi İtalian Oromo Kanada الولوف البلغارية اليونانية Özbək Ukrain الجورجية اللينجالا المقدونية
Tərcümələrə baxmaq

Hədisin faydalarından

  1. Qəza və qədərə imanın vacibliyi
  2. Qədər: Allahın olacaq hər şeyi bilməsi, yazması, istəməsi və bunları yaratmasıdır.
  3. Yerin və göylərin yaradılmasından öncə hər şeyin qədərinin yazıldığına iman etmək, qədərə razılıq və təslimiyyət doğurur.
  4. Yerin və göylərin yaradılmasından öncə Rəhmanın ərşi suyun üzərində idi.