عَنْ مَطَرِ بْنِ عُكَامِسٍ رضي الله عنه قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ:
«إِذَا قَضَى اللَّهُ لِعَبْدٍ أَنْ يَمُوتَ بِأَرْضٍ جَعَلَ لَهُ إِلَيْهَا حَاجَةً».

[صحيح] - [رواه الترمذي] - [سنن الترمذي: 2146]
المزيــد ...

Matar bin Ukamisdən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə demişdir:
"Allah qulun hansı bir yerdə ölməsini istərsə, onun ora getməsinə səbəb olacaq bir ehtiyac yaradar."

[Səhih] - [Ət-Tirmizi rəvayət etdi] - [Sünən Ət-Tirmizi - 2146]

Şərh (izah)

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, Allah qulun olmadığı müəyyən bir yerdə ölməsini təqdir etdikdə, onun ora getməsinə səbəb olacaq bir ehtiyac yaradar və orada ruhunu alar.

Hədisin faydalarından

  1. Bu hədis izzət və cəlal sahibi olan Allahın bu sözünün -{Heç kəs harada öləcəyini bilməz } təsdiqidir.
Tərcümələrə baxmaq
Dil: İngiliscə Urduca İspanca Əlavə (65)