1. Ana səhifə
  2. Kateqoriyalar
  3. Fəzilətli əməllər və ədəb-ərkanlar

Hədis Əgər mütəşabihlərdən yapışanları görsən, bil ki, onları Allah bu cür adlandırdı və onlardan uzaq durun

عَنْ ‌عَائِشَةَ رَضِيَ اللهُ عَنْهَا قَالَتْ:
تَلَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ هَذِهِ الْآيَةَ: {هُوَ الَّذِي أَنْزَلَ عَلَيْكَ الْكِتَابَ مِنْهُ آيَاتٌ مُحْكَمَاتٌ هُنَّ أُمُّ الْكِتَابِ وَأُخَرُ مُتَشَابِهَاتٌ فَأَمَّا الَّذِينَ فِي قُلُوبِهِمْ زَيْغٌ فَيَتَّبِعُونَ مَا تَشَابَهَ مِنْهُ ابْتِغَاءَ الْفِتْنَةِ وَابْتِغَاءَ تَأْوِيلِهِ، وَمَا يَعْلَمُ تَأْوِيلَهُ إِلَّا اللَّهُ، وَالرَّاسِخُونَ فِي الْعِلْمِ يَقُولُونَ آمَنَّا بِهِ كُلٌّ مِنْ عِنْدِ رَبِّنَا وَمَا يَذَّكَّرُ إِلَّا أُولُو الْأَلْبَابِ} [آل عمران: 7]. قَالَتْ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «فَإِذَا رَأَيْتِ الَّذِينَ يَتَّبِعُونَ مَا تَشَابَهَ مِنْهُ فَأُولَئِكَ الَّذِينَ سَمَّى اللهُ، فَاحْذَرُوهُمْ».

Aişədən (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir:
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bu ayəni oxudu: "Kitabı sənə nazil edən Odur. O Kitabın bir qismi mənası aydın ayələrdir ki, bunlar da Kitabın anasıdır. Digərləri isə mənası aydın olmayan mütəşabih ayələrdir. Qəlblərində əyrilik olanlar fitnə-fəsad törətmək və istədikləri kimi yozmaq məqsədilə mənası aydın olmayanın ardınca düşərlər. Onun yozumunu isə Allahdan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə deyərlər: “Biz onlara iman gətirdik, hamısı bizim Rəbbimizdəndir”. Bunu isə ancaq ağıl sahibləri dərk edərlər".[Əli İmran: 7]. (Aişə) dedi: Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Əgər mütəşabihlərdən yapışanları görsən, bil ki, onları Allah bu cür adlandırdı və onlardan uzaq durun.

Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər) Sahihul-Buxari - 4547

Şərh (izah)

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bu ayəni oxudu: "Kitabı sənə nazil edən Odur. O Kitabın bir qismi mənası aydın ayələrdir ki, bunlar da Kitabın anasıdır. Digərləri isə mənası aydın olmayan mütəşabih ayələrdir. Qəlblərində əyrilik olanlar fitnə-fəsad törətmək və istədikləri kimi yozmaq məqsədilə mənası aydın olmayanın ardınca düşərlər. Onun yozumunu isə Allahdan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə deyərlər: “Biz onlara iman gətirdik, hamısı bizim Rəbbimizdəndir”. Bunu isə ancaq ağıl sahibləri dərk edərlər". Burada uca Allah xəbər verir ki, peyğəmbərinə Quranı nazil edən odur. Quranda bəzi ayələr nəyə dəlalət etdiyi aydın olan, əhkamları məlum olan, anlamı çətin olmayan ayələrdir ki, bunlar kitabın anası və təməlidir. Onlar ixtilaf zamanı müraciət ediləsi ayələrdir. Bir qism ayələr isə bir və ya çox məna daşıyır, bu mənalar bəzi insanlara aydın olmur və ya onlar bu ayə ilə digər ayə arasında ziddiyyət olduğunu zənn edirlər. Sonra Allah insanların bu ayələrə yanaşmasını bəyan edir. Qəlblərində haqdan sapmağa meyli olan insanlar möhkəm ayələri tərk edir, müxtəlif mənalar ehtiva edən mütəşabihlərdən yapışıraq, şübhə yaratmaq, insanları azdırmaq və ayələri öz arzularına uyğun təfsir etmək istəyirlər. Lakin elmdə sabit olanlar isə bunların mütəşabih olduğunu bilərək onları möhkəm ayələrlə təfsir edər, bu ayələrə və onların Pak və uca Allahdan olduğuna iman gətirərlər. Onlar bilirlər ki, bu ayələr qeyri-müəyyənlik mənasını daşımır və ziddiyyət təşkil etmir. Bunu isə sağlam ağıl sahibləri dərk edib, öyüd ala bilərlər. Sonra Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) möminlərin anası Aişəyə (Allah ondan razı olsun) deyir ki, əgər mütəşabihlərə yapışanları görsə, bilsin ki, onlar Allahın ayədə adı çəkdiyi həmin şəxslərdir: "Qəlblərində əyrilik olanlar". Onlardan çəkinin və onlara qulaq asmayın.

Hədisin faydalarından

  1. Quranın ayələrindən muhkəm olan: ayənin məğzinə işarə edən mənanın aydın və zahir olanıdır, mütəşabih isə bir və ya çox məna daşıyan və analiz və fəhmə ehtiyac olan ayələrdir.
  2. Qəlblərində əyrilik olanlar, bidət əhli, insanları şübhəyə salmaq üçün ortaya azdırıcı suallar çıxaranlarla bir yerdə oturmaqdan çəkindirmək.
  3. Ayənin sonunda uca Allahın: "Bunu isə yalnız ağıl sahibləri dərk edərlər" deməsi, qəlbləri əyri olanların ifşasına bir işarədir, elmdə sabit və qüvvətli olanlara isə tərifdir. Yəni: Kim düşünüb müsbət nəticə çıxarmazsa və öz nəfsinin istəklərinə uyarsa, o ağıl sahiblərindən olmaz.
  4. Qəlbin əyriliyinin səbəbi mütəşabehə tabe olmaqdır.
  5. Mənaları hər kəs tərəfindən anlaşılmayan mütəşabeh ayələrin mənasını, muhkəm ayələrə müraciət edərək təhlil etməyin vacibiyi.
  6. Pak olan Allah, insanları sınağa çəkərək iman əhlini zəlalət əhlindən fərqləndirmək üçün Quranın bəzi ayələrini muhkəm, bəzilərini isə mənası aydın olmayan mütəşabih etmişdir.
  7. Quranda mütəşabihin olması: alimlərin digərləri üzərində üstünlüyünün, insanların ağıllarının naqisliyinin, Yaradana acizliklərini etiraf edərək təslim olmalarının göstəricisidir.
  8. Elmdə qüvvətli olmağın fəziləti və sabit olmağın zəruriliyi.
  9. Uca Allahın "Halbuki onun yozumunu Allahdan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar" ayəsi ilə əlaqədar təfsirçilərin iki rəyi vardır: "Allah" sözündə dayananlara görə, "onun yozumunu" ifadəsində müəyyən bir şeyin həqiqi bilgisindən və mahiyyətindən bəhs olunur. Buna misal, ruhla bağlı və ya Qiyamət gününün vaxtı kimi məsələlər barədə açıqlama və ya bilgi yalnız Allaha məxsusdur və onu bilmək mümkün deyil. Ona görə elmdə qüvvətli olanlar adı keçən qeybi məsələlərə iman gətirər, həqiqətlərini Allaha həvalə edər, təslim olaraq salamat qalarlar. Amma kim "Allah" sözündə dayanmayıb, cümləyə davam edərsə, bu zaman təfsirçilərin rəyinə görə "yozum" sözündən qəsd edilən məna təfsir, açıqlama və izahdır. Beləliklə mənası - onun yozumunu Allah bilir, elmdə qüvvətli, sabit olanlar bilir, ona iman gətirirlər və mənasını muhkəm ayələrə müraciət etməklə təsbit edirlər.

Tərcümələrə baxmaq

67 Dil
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
UG ئۇيغۇرچە الأيغورية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
SI සිංහල السنهالية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
JA 日本語 اليابانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
KY Кыргызча القيرقيزية
NE नेपाली النيبالية
YO Yorùbá اليوروبا
LT Lietuvių الليتوانية
PRS دری الدرية
SR Српски الصربية
TG тоҷикӣ الطاجيكية
RW Kinyarwanda الكينياروندا
RO Română الرومانية
HU Magyar المجرية
CS Čeština التشيكية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
FF Fulfulde الفولانية
IT Italiano الإيطالية
OM Oromoo الأورومو
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
BG Български البلغارية
EL Ελληνικά اليونانية
UZ O‘zbek الأوزبكية
UK Українська الأوكرانية
KA ქართული الجورجية
LN Lingala اللينجالا
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
BM Bambara البامبارية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
DA Dansk الدنماركية
RN Kirundi الكيروندي
KMR Kurmancî الكرمنجية
MS Bahasa Melayu الملايو