+ -

عَنْ أَسْمَاءَ بِنْتِ أَبِي بَكْرٍ رَضِيَ اللَّهُ عَنْهُمَا، قَالَتْ: قَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ:
«إِنِّي عَلَى الحَوْضِ حَتَّى أَنْظُرَ مَنْ يَرِدُ عَلَيَّ مِنْكُمْ، وَسَيُؤْخَذُ نَاسٌ دُونِي، فَأَقُولُ: يَا رَبِّ مِنِّي وَمِنْ أُمَّتِي، فَيُقَالُ: هَلْ شَعَرْتَ مَا عَمِلُوا بَعْدَكَ، وَاللَّهِ مَا بَرِحُوا يَرْجِعُونَ عَلَى أَعْقَابِهِمْ».

[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 6593]
المزيــد ...

Əsma bint Əbu Bəkrdən (Allah onların ikisindən də razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir:
"Mən hovuzun başında ikən sizlərdən yanıma gələni gözləyəcəyəm, lakin bəzi insanlar məndən uzaqlaşdırılacaqlar və mən :"Ya Rəbbi, onlar məndən, mənim ümmətimdəndirlər"- deyəcəm, "Səndən sonra onların nə etdiyini bilirsənmi? -deyiləcək. Allaha and olsun ki, onlar haqdan dönüb geriyə üz tutdular". -deyiləcək.

[Səhih] - [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)] - [Sahihul-Buxari - 6593]

Şərh (izah)

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) Qiyamət günü ümmətindən hovuza gələnləri görmək üçün hovuzun başında olacaq. Bəzi kəslərə ona (Allahın salavatı və salamı onun üzərinə olsun) yaxınlaşmağa mane olunacaq və Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) deyəcək:" Ey Rəbbim, onlar məndəndir, ümmətimdəndir." Ona deyiləcək: Onların arasından ayrıldıqdan sonra nələr etdiklərini bilirsənmi? Allaha and olsun ki, onlar haqdan dönüb geriyə üz tutdular, dinlərindən döndülər, onlar nə səndən, nə də ümmətindəndirlər.

Tərcümə: İngiliscə Urduca İspanca İndoneziya Uyğur Banqalca Fransızca Türkcə Rusca Bosniya Sinhalese Hind dili Farsca vyetnam dili Taqaloqca Kürd Hausa portuqalca Malaylamca Teluguca Svahili dili Tamilcə Birma Taylandca Almanca Puştu Assam Alban İsveç Amhar Holland dili Qücərat dili Qırğız Nepal Yoruba Litva Dari Serbiya Somali Tacik Kinyarvanda Rumın Macar Çex الموري Malaqasi İtalian Oromo Kanada الولوف البلغارية اليونانية Özbək Ukrain الجورجية اللينجالا المقدونية
Tərcümələrə baxmaq

Hədisin faydalarından

  1. Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) ümmətinə olan rəhməti və onlara qarşı şəfqəti.
  2. Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yoluna qarşı çıxmağın təhlükəsi.
  3. Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) sünnəsinə sarılmağa təşviq.