عن أنس رضي الله عنه قال: قال النبي صلى الله عليه وسلم:
«لَا يُؤْمِنُ أَحَدُكُمْ حَتَّى أَكُونَ أَحَبَّ إِلَيْهِ مِنْ وَالِدِهِ وَوَلَدِهِ وَالنَّاسِ أَجْمَعِينَ».
[صحيح] - [متفق عليه] - [صحيح البخاري: 15]
المزيــد ...
Ənəsdən (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir:
"Sizlərdən biriniz, mən ona valideynindən, övladından və bütün insanlardan sevimli olmayınca iman gətirmiş olmaz.
[Səhih] - [Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)] - [Sahihul-Buxari - 15]
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bizə xəbər verir ki, müsəlman, Allah Rəsuluna (Allahın salavatı və salamı onun üzərinə olsun) olan sevgisini anasına, atasına, oğluna, qızına, bütün insanlara olan sevgisindən üstün tutmadıqca kamil imana nail olmaz. Bu məhəbbət, ona itaəti, dəstək olmağı və ona asi olmamağı tələb edir.