عَنْ أَمِيرِ المُؤْمِنِينَ أَبِي حَفْصٍ عُمَرَ بْنِ الخَطَّابِ رضي الله عنه قَالَ: سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ:
«إنَّمَا الأَعْمَالُ بِالنِّيَّاتِ، وَإِنَّمَا لِكُلِّ امْرِئٍ مَا نَوَى، فَمَنْ كَانَتْ هِجْرَتُهُ إلَى اللَّهِ وَرَسُولِهِ فَهِجْرَتُهُ إلَى اللَّهِ وَرَسُولِهِ، وَمَنْ كَانَتْ هِجْرَتُهُ لِدُنْيَا يُصِيبُهَا أَوْ امْرَأَةٍ يَنْكِحُهَا فَهِجْرَتُهُ إلَى مَا هَاجَرَ إلَيْهِ».

Möminlərin əmiri Əbu Hafs Ömər bin Xattab (Allah ondan razı olsun) demişdir: Mən Allah Rəsulunun (salləllahu aleyhi va səlləm) belə dediyini eşitdim:
"Əməllər niyyətlərə görədir. Hər kəsə yalnız niyyət etdiyi şey vardır. Kimin hicrəti Allah və Onun Rəsulu üçün olarsa, onun hicrəti, Allah və Onun Rəsulu üçün olar. Kimin də hicrəti, əldə edəcəyi dünya malına və ya evlənəcəyi qadına görə olarsa, onun hicrəti hicrət etdiyi şey üçün olar".

Səhih رواه إماما المحدثين أبو عبد الله محمد بن إسماعيل بن إبراهيم بن المغيرة بن بردزبه البخاري وأبو الحسين مسلم بن الحجاج بن مسلم القشيري النيسابوري في صحيحيهما اللذين هما أصح الكتب المصنفة الأربعون النووية - 1

Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bildirir ki, bütün əməllər niyyətlə tam olub etibarlı sayılır və bu hökm, ibadətdə və insanlar arasındakı müxtəlif əlaqəli əməllərə şamil olunan ümumi hökmdür, kim əməliylə mənfəət güdərsə, yalnız o mənfəətə nail olar, savaba çatmaz, lakin kim əməliylə, uca Allaha yaxınlaşmağı niyyət edərsə - hətta bu əməli gündəlik etdiyi yemək və içmək kimi əməllər olsa belə - əməlinin mükafatına və savabına çatmış olar.
Sonra Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) edilən əməllərin zahirinə görə bənzər olmasına baxmayaraq, onlara niyyətin təsirini bəyan etmək üçün misal çəkərək bildirir ki, kim hicrəti və vətənini tərk etməklə Rəbbinin razılığını umarsa, onun hicrəti qəbul edilmiş şərii hicrətdir, niyyətinin doğruluğuna görə savab qazanacaq, kim hicrətiylə mal-dövlət, şöhrət, ticarət, evlənəcəyi qadın kimi dünyəvi mənfəət güdərsə, hicrətindən yalnız niyyət etdiyi mənfəəti əldə edəcək, lakin əcr və savab qazanmayacaq.

Hədisin faydalarından

  1. İxlasa təşviq, çünki Allah yalnız Onun razılığı üçün edilmiş əməli qəbul edir.
  2. İzzət və cəlal sahibi olan Allaha yaxınlaşdıran əməlləri mükəlləf olan insan adət olaraq edərsə, bunları Allah üçün etmədikcə, savab əldə etməz.
  3. Niyyət ibadətləri bir-birindən, həmçinin ibadətlərlə adətləri bir-birindən ayırır.

Tərcümələrə baxmaq

58 Dil
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
SI සිංහල السنهالية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
KY Кыргызча القيرقيزية
NE नेपाली النيبالية
LT Lietuvių الليتوانية
PRS دری الدرية
SR Српски الصربية
TG тоҷикӣ الطاجيكية
RW Kinyarwanda الكينياروندا
RO Română الرومانية
HU Magyar المجرية
CS Čeština التشيكية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
OM Oromoo الأورومو
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
UZ O‘zbek الأوزبكية
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
BM Bambara البامبارية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
DA Dansk الدنماركية
RN Kirundi الكيروندي
KMR Kurmancî الكرمنجية
MS Bahasa Melayu الملايو