عن تميم الداري رضي الله عنه أن النبي صلى الله عليه وسلم قال:
«الدِّينُ النَّصِيحَةُ» قُلْنَا: لِمَنْ؟ قَالَ: «لِلهِ وَلِكِتَابِهِ وَلِرَسُولِهِ وَلِأَئِمَّةِ الْمُسْلِمِينَ وَعَامَّتِهِمْ».

Təmim Əd-Dəridən (Allah ondan razı olsun) rəvayət edilir ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə demişdir:
"Din nəsihətdir". Biz dedik: Kimə? Peyğəmərimiz (Allahın salavatı və salamı onun üzərinə olsun): "Allaha, kitabına, rəsuluna, müsəlmanların rəhbərlərinə və bütün müsəmanlara" - deyə buyurdu.

Səhih Muslim rəvayət etdi Sahihu Muslim - 55

Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, din ixlas və doğruluq üzərində qurulmuşdur, Allahın vacib buyurduğu kimi tam, nöqsansız və yalan olmadan yerinə yetirilməlidir.
Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) soruşdular: Nəsihət kimin üçün olmalıdır? Belə cavab verdi:
Birincisi: Uca və pak olan Allah üçün olan nəsihət. Bu, əməllərdə ixlaslı olmaq, Ona şərik qoşmamaq, Onun aləmlərin Rəbbi olmasına (rububiyyətinə) iman gətirmək, bütün ibadətlərin yalnız Ona məxsus olmasına və sərf edilməsinə (uluhiyyətinə) iman etmək, ad və sifətlərinə iman etmək, Onun şənini ucaltmaq və Ona iman etməyə çağırmaqla olur.
İkincisi: Allahın Kitabına - Qurani Kərimə olan nəsihət: Quranın Allahın kəlamı oluğuna, onun kitabların sonuncusu olduğuna, özündən öncəki bütün şəriətlərin hökümünü qaldırdığını etiqad edirik, onu təzim edirik. Onu layiqincə oxuyub, muhkəm (aydın olan) ayələrinə əməl edib, mütəşabih ayələrə təslim oluruq, onun ayələrini təhrif edənlərin təvillərini (öz ağıllarının məhsuluna uyğun yozmalarını) dəf edib, Quranın öyüdlərindən ibrət alıb, Quran elminin təbliği ilə ona dəvət edirik.
Üçüncüsü: Allahın Rəsulu Muhəmməd (Allahın salavatı və salamı onun üzərinə olsun) üçün olan nəsihət: Onun elçilərin sonuncusu olduğuna etiqad edib, dediklərini təsdiq edirik, əmrlərinə tabe olub, qadağalarından çəkinirik, yalnız ona nazil olan şəriətlə Allaha ibadət edirik, onun haqqını uca tutub, ona hörmət edirik, dəvətini yayırıq, şəriətini insanlara çatdırırıq, ona qarşı edilən ittihamları rədd edirik.
Dördüncüsü: Müsəlmanların rəhbərlərinə nəsihət: Haqq üzərə olmalarına yardım edir, idarəetmə işlərində mübahisə edib işlərinə qarışmırıq, Allaha itaət çərçivəsində onlara eşidib itaət edirik.
Beşincisi: Müsəlmanlara nəsihət: Onlara xeyirxahlıq edib, haqqa dəvət edirik, onlara əziyyət verməkdən çəkinirik, onlar üçün xeyir istəyib, ِtəqva və yaxşılıq üzərində onlarla yardımlaşırıq.

Hədisin faydalarından

  1. Hər kəs üçün nəsihət əmr edilmişdir.
  2. Dində nəsihətin məqamının ucalığı.
  3. Din, etiqad, söz və əməllləri əhatə edir.
  4. İnsanın nəsihət olunan üçün qəlbini ona qarşı saxtakarlıqdan təmizləməsi və ona xeyir istəməsi nəsihətdən sayılır.
  5. Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) gözəl təlimi, belə ki, o, bir məsələni ümumi olaraq qeyd edir, sonra onun təfsilatını açıqlayır.
  6. Ən önəmli olandan başlamaq. Belə ki, Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) ilk olaraq Allah üçün, sonra kitabı üçün, sonra rəsulu üçün, sonra müsəlmanların rəhbərlərinə, daha sonra isə bütün müsəlmanlar üçün olan nəsihəti qeyd etmişdir.

Tərcümələrə baxmaq

69 Dil
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
UG ئۇيغۇرچە الأيغورية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
SI සිංහල السنهالية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
MY မြန်မာ البورمية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
JA 日本語 اليابانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
KY Кыргызча القيرقيزية
NE नेपाली النيبالية
YO Yorùbá اليوروبا
LT Lietuvių الليتوانية
PRS دری الدرية
SR Српски الصربية
SO Soomaali الصومالية
TG тоҷикӣ الطاجيكية
RW Kinyarwanda الكينياروندا
RO Română الرومانية
HU Magyar المجرية
CS Čeština التشيكية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
FF Fulfulde الفولانية
IT Italiano الإيطالية
OM Oromoo الأورومو
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
BG Български البلغارية
EL Ελληνικά اليونانية
AK Akan الأكانية
UZ O‘zbek الأوزبكية
UK Українська الأوكرانية
KA ქართული الجورجية
LN Lingala اللينجالا
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
BM Bambara البامبارية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
DA Dansk الدنماركية
RN Kirundi الكيروندي
KMR Kurmancî الكرمنجية
MS Bahasa Melayu الملايو