1. Ana səhifə
  2. Kateqoriyalar
  3. Fəzilətli əməllər və ədəb-ərkanlar

Hədis Yaxşılıq - gözəl əxlaqdır. Günah isə qəlbini narahat edən və insanların bilməsini xoşlamadığın şeydir

عَنِ النَّوَّاسِ بْنِ سِمْعَانَ الْأَنْصَارِيِّ رضي الله عنه قَالَ:
سَأَلْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنِ الْبِرِّ وَالْإِثْمِ، فَقَالَ: «الْبِرُّ حُسْنُ الْخُلُقِ، وَالْإِثْمُ مَا حَاكَ فِي صَدْرِكَ، وَكَرِهْتَ أَنْ يَطَّلِعَ عَلَيْهِ النَّاسُ».

Nəvvas bin Simən əl-Ənsari (Allah ondan razı olsun) rəvayət edir ki:
Mən Allah Rəsulundan (sallallahu aleyhi və səlləm) yaxşılıq və günah barəsində soruşdum. Allahın Rəsulu (sallallahu aleyhi və səlləm) belə dedi: "Yaxşılıq - gözəl əxlaqdır. Günah isə qəlbini narahat edən və insanların bilməsini xoşlamadığın şeydir".

Səhih Muslim rəvayət etdi Sahihu Muslim - 2553

Şərh (izah)

Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) yaxşılıq və günah barəsində soruşuldu. Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə cavab verdi:
Yaxşılığın ən əzəmətli xisləti, təqva ilə Allahla olan gözəl əxlaqdır. İnsanlarla gözəl əxlaqa gəldikdə isə bu, onlardan gələn əziyyətlərə səbr etmək, az qəzəblənmək, insalara təbəssüm etmək, gözəl sözlər danışmaq, qohumluq əlaqələrini saxlamaq, Uca Allaha itaət etmək, nəzakətli olmaq, insanlara yaxşılıq etmək və ailə və dostlarla gözəl münasibətdə olmaqdır. ‏
Amma günah isə şübhəli şeylərdən qəlbi narahat edən, insanın ürəyində şəkk və tərəddüd yaradan, elə ki onun köküsü bu iş üçün açılıb genişlənmir, həmçinin onun günah olmasından qorxulan və onun görkəmli şəxslərə, nümunəvi və yüksək əxlaqa sahib olan insanlara çirkin olduğundan dolayı üzə çıxmasını istəmədiyin şeydir. Çünki nəfs, təbiəti etibarı ilə insanların onun xeyirini görməsini sevir. Əgər o, insanların onun bəzi əməllərini bilməsini istəmirsə, demək ki, bu əməllər günahdır və onda heç bir xeyir yoxdur.

Hədisin faydalarından

  1. Gözəl əxlaqa təşviq etmək. Çünki gözəl əxlaq, yaxşılığın ən böyük göstəricilərindən biridir.
  2. Haqq ilə batil möminə qarışıq gəlməz. Əksinə, o, haqqı qəlbindəki nur ilə tanıyar, batildən isə uzaq durar və onu inkar edər.
  3. Günahın əlamətləridən biri də: qəlbin narahatlığı, təlaşı və insanların bunu bilməsini xoşlamamasıdır.
  4. əs-Sindi belə demişdir: Bu, insanların hansı tərəfin doğru olduğunu dəqiq bilmədiyi şübhəli işlər haqqındadır. Əks təqdirdə, şəriətdə əmr olunan və ona zidd heç bir dəlil olmadan şey, yaxşılıq hesab edilir. Eləcə də, qadağan edilən şey günahdır. Belə halda nə qəlbə müraciət etməyə, nə də onun rahatlıq tapmasına ehtiyac yoxdur.‏
  5. Hədisdə xitab olunan insanlar, sağlam fitrətə sahib olan insanlardır. Heç də qəlbi tərsinə dönmüş, yalnız nəfsinin istəklərinə uyğun olanı qəbul edən, yaxşılığı tanımayan və pisliyi inkar etməyən insanlar deyildir. ‏
  6. ət-Tibi belə demişdir: Hədisdəki (yaxşılıq) ləfzinin müxtəlif mənalarda izah edildiyi deyilmişdir. Belə ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) (yaxşılıq) ləfzini bir yerdə "nəfsin və qəlbin rahatlıq tapdığı şey olaraq" - izah etmişdir. Bir yerdə imanla izah etmişdir. Digər bir yerdə insanı Allaha yaxınlaşdıran əməl ilə izah etmişdir. Bu hədisdə isə ‏(yaxşılıq) ləfzini gözəl əxlaq ilə izah etmişdir. Gözəl əxlaq isə insanlardan gələn əziyyətlərə səbr etmək, az qəzəblənmək, insalara təbəssüm etmək (mehriban üz ifadəsi), gözəl sözlər danışmaq və s. bu kimi gözəl xüsusiyyətlərlə izah edilmişdir. Bunların hamısı bir-birinə yaxın olan mənalardır.

Tərcümələrə baxmaq

60 Dil
EN English الإنجليزية
UR اردو الأوردية
ES Español الإسبانية
ID Indonesia الإندونيسية
BN বাংলা البنغالية
FR Français الفرنسية
TR Türkçe التركية
RU Русский الروسية
BS Bosanski البوسنية
SI සිංහල السنهالية
HI हिन्दी الهندية
ZH 中文 الصينية
FA فارسی الفارسية
VI Tiếng Việt الفيتنامية
TL Tagalog تجالوج
KU Kurdî الكردية
HA Hausa الهوسا
PT Português البرتغالية
ML മലയാളം المليالم
TE తెలుగు التلغو
SW Kiswahili السواحيلية
TA தமிழ் التاميلية
TH ไทย التايلندية
DE Deutsch الألمانية
JA 日本語 اليابانية
PS پښتو بشتو
AS অসমীয়া الأسامية
SQ Shqip الألبانية
SV Svenska السويدية
AM አማርኛ الأمهرية
NL Nederlands الهولندية
GU ગુજરાતી الغوجاراتية
KY Кыргызча القيرقيزية
NE नेपाली النيبالية
YO Yorùbá اليوروبا
LT Lietuvių الليتوانية
PRS دری الدرية
SR Српски الصربية
TG тоҷикӣ الطاجيكية
RW Kinyarwanda الكينياروندا
RO Română الرومانية
HU Magyar المجرية
CS Čeština التشيكية
MOS Moore الموري
MG Malagasy المالاجاشية
OM Oromoo الأورومو
KN ಕನ್ನಡ الكانادا
WO Wolof الولوف
UZ O‘zbek الأوزبكية
UK Українська الأوكرانية
KA ქართული الجورجية
MK Македонски المقدونية
KM ភាសាខ្មែរ الخميرية
BM Bambara البامبارية
PA ਪੰਜਾਬੀ البنجابية
MR मराठी الماراثية
DA Dansk الدنماركية
RN Kirundi الكيروندي
KMR Kurmancî الكرمنجية
MS Bahasa Melayu الملايو