+ -

عن تميم الداري رضي الله عنه أن النبي صلى الله عليه وسلم قال:
«الدِّينُ النَّصِيحَةُ» قُلْنَا: لِمَنْ؟ قَالَ: «لِلهِ وَلِكِتَابِهِ وَلِرَسُولِهِ وَلِأَئِمَّةِ الْمُسْلِمِينَ وَعَامَّتِهِمْ».

[صحيح] - [رواه مسلم] - [صحيح مسلم: 55]
المزيــد ...

Təmim Əd-Dəridən (Allahın salavatı və salamı onun üzərinə olsun) rəvayət edilir ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə demişdir:
"Din nəsihətdir". Biz dedik: Kimə? Peyğəmərimiz (Allahın salavatı və salamı onun üzərinə olsun): "Allaha, kitabına, rəsuluna, müsəlmanların rəhbərlərinə və bütün müsəmanlara" -deyə buyurdu.

[Səhih] - [Muslim rəvayət etdi] - [Sahihu Muslim - 55]

Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, din ixlas və doğruluq üzərində qurulmuşdur, Allahın vacib buyurduğu kimi tam, nöqsansız və yalan olmadan yerinə yetirilməlidir.
Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) soruşdular: Nəsihət kimin üçün olmalıdır? Belə cavab verdi:
Birincisi: uca və pak olan Allah üçün olan nəsihət. Bu, əməllərdə ixlaslı olmaq, Ona şərik qoşmamaq , Onun aləmlərin Rəbbi olmasına (rububiyyətinə) iman gətirmək, bütün ibadətlərin yalnız Ona məxsus olmasına (uluhiyyətinə) iman etmək, ad və sifətlərinə iman etmək, Onun şənini ucaltmaq və Ona iman etməyə çağırmaqla olur.
İkincisi: Allahın Kitabına- Qurani Kərimə olan nəsihət: Quranın Allahın kəlamı oluğuna, onun kitabların sonuncusu olduğuna, özündən öncəki bütün şəriətlərin hökümünü qaldırdığını etiqad edirik, onu təzim edirik. Onu layiqincə oxuyub, muhkəm (aydın olan) ayələrinə əməl edib, mütəşabih ayələrə təslim oluruq, onun ayələrini təhrif edənlərin təvillərini ( öz ağıllarının məhsuluna uyğun yozmalarını) dəf edib, Quranın öyüdlərindən ibrət alıb, Quran elminin təbliği ilə ona dəvət edirik.
Üçüncüsü: Allahın Rəsulu Muhəmməd (Allahın salavatı və salamı onun üzərinə olsun) üçün olan nəsihət: Onun elçilərin sonuncusu olduğuna etiqad edib, dediklərini təsdiq edirik, əmrlərinə tabe olub, qadağalarından çəkinirik, yalnız ona nazil olan şəriətlə Allaha ibadət edirik, onun haqqını uca tutub, ona hörmət edirik, dəvətini yayırıq , şəriətini insanlara çatdırırıq, ona qarşı edilən ittihamları rədd edirik.
Dördüncüsü: Müsəlmanların rəhbərlərinə nəsihət: Haqq üzərə olmalarına yardım edir, idarəetmə işlərində mübahisə edib işlərinə qarışmırıq, Allaha itaət çərçivəsində onlara eşidib itaət edirik.
Beşincisi: Müsəlmanlara nəsihət : Onlara xeyirxahlıq edib, haqqa dəvət edirik, onlara əziyyət verməkdən çəkinirik, onlar üçün xeyir istəyib, ِtəqva və yaxşılıq üzərində onlarla yardımlaşırıq.

Tərcümə: İngiliscə Urduca İspanca İndoneziya Uyğur Banqalca Fransızca Türkcə Rusca Bosniya Sinhalese Hind dili Çincə Farsca vyetnam dili Taqaloqca Kürd Hausa portuqalca Malaylamca Teluguca Svahili dili Tamilcə Birma Taylandca Almanca Yaponca Puştu Assam Alban İsveç Amhar Holland dili Qücərat dili Qırğız Nepal Yoruba Litva Dari Serbiya Somali Tacik Kinyarvanda Rumın Macar Çex الموري Malaqasi İtalian Oromo Kanada الولوف البلغارية Özbək Ukrain الجورجية اللينجالا المقدونية
Tərcümələrə baxmaq

Hədisin faydalarından

  1. Hər kəs üçün nəsihət əmr edilmişdir.
  2. Dində nəsihətin məqamının ucalığı.
  3. Din, etiqad, söz və əməllləri əhatə edir.
  4. İnsanın nəsihət olunan üçün qəlbini ona qarşı saxtakarlıqdan təmizləməsi və ona xeyir istəməsi nəsihətdən sayılır.
  5. Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) gözəl təlimi, belə ki, o, bir məsələni ümumi olaraq qeyd edir, sonra onun təfsilatını açıqlayır.
  6. Ən önəmli olandan başlamaq. Belə ki, Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) ilk olaraq Allah üçün, sonra kitabı üçün, sonra rəsulu üçün, sonra müsəlmanların rəhbərlərinə, daha sonra isə bütün müsəlmanlar üçün olan nəsihəti qeyd etmişdir.